adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Dekabr 2019 12:10
31821
ŞOU-BİZNES
A- A+

Bu dəfə Şəbnəm Nigarı ələ saldı

Əgər unutmamısınızsa, bir neçə gün əvvəl Nigar Camal"Show news" verilişinə açıqlamasında: "Hamını "qara siyahı"ya atıram. Vecimə deyil, kim nə edir etsin. Kimsə Şaxta babalıq edirsə, özü bilər"

O, Şəbnəm Tovuzlu ilə bağlı sualları cavabsız qoyaraq, onu "qara siyahı"ya atdığını söyləmişdi.

Yadınızdadırsa,, daha öncə də Nigar Camal ilə Şəbnəmin arasında qalmaqal yaşanmışdı. Belə ki, Tovuzlunun "Gucci" brendinin kəmərini tərs taxmasına Nigar "Gucci"yə görə canım ağrıdı" sözlərini qeyd etmişdi.

Şəbnəm Tovuzlu geyimdə buraxdığı dəb xətasına görə onu tənqid edən həmkarı Nigar Camalın cavabını dərhal vermiş, onun ünvanına sərt mesajlar göndərmişdim:

"Xanımdır, deyə bilərdi ki, bəlkə də unutqanlıqdandır. Elə olur ayaqqabımı blokda geyinib çıxıram. Bu normaldır. Məni lağa qoymağa onun cürəti catmaz. Mənim üçün heç kimdir. Məni aşağılayan insan mənim üçün heç kimdir. Allah hər bir kəsi özünə görə gözəl yaradıb. Mənim əksik bir şeyim yoxdur o xanımdan. Sənəti, görnünüşü məndən artıq deyil. Lağ etmək nə deməkdir? Kiminsə kimisə lağa qoyması Allahın ən acığına gələn şeydir. O, heç lağ da deyil, yoxdular gündəm xatirinə Şəbnəmin adını çəkirlər. Kəmərdir də taxmışam, nolar ki?”.


Şəbnəmin Nigara cavabını gecikdirməyəcəyini gözləyirdik və bu gözləntimiz baş verdi.

Adalet.az xəbər verir ki, bu dəfə mübahisəni Şəbnəmin Nigarın fotosuna yazdığı şərh alovlandırıb. Belə ki, Tovuzlu ifaçının qırmızı libasda çəkdirdiyi şəklinə "Bu şəkildə çox eybəcər düşmüsən" sözlərini yazıb.

Şəbnəmin bu addımı atmasını isə "Hər şey daxil" verilişində prodüser-aparıcı Tarix Əliyev (Tolik) istəyib. Onun sözləri ilə, ifaçı telefonu götürüb və həmkarına bu ifadələri yazıb.

İndi isə "top” artıq Nigar Camaldadır. Əziz oxucular, yəqin ki, daha böyük bir qalmaqalın qığılcımlarını sizlər də görürsünüz. Gözləyək!

Əntiqə Rəşid