adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
05 Dekabr 2019 11:03
23692
SİYASƏT
A- A+

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü 3,5 saat davam etdi

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Bratislavada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baş tutan görüşü 3 saat yarımdan çox davam edib.

Bu barədəAzərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Görüşzamanı tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında geniş müzakirələr aparıb.

Eyni zamanda nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi ilə bağlırazılığa gəliblər.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri -İqor Popov(Rusiya),Endrü Şofer(ABŞ),Stefan Viskonti(Fransa) vəATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik dəiştirak edib.

Görüş ATƏT Nazirlərinin Bratislavada keçirilən iclası çərçivəsində baş tutub.