adalet.az header logo
  • Bakı 7°C
05 Dekabr 2019 18:02
27736
SİYASƏT
A- A+

BMT ELƏ BİLİR ONU ADAM YERİNƏ QOYAN VAR EY

Deməli, BMT Baş Assambleyası qətnamə çıxarıb ki, İsrail Holan yüksəkliklərini tərk eləsin və işğal edilmiş ərazilərdən geri çəkilsin.

BMT elə bilir onu adam yerinə qoyan var ey. Səni adam yerinə qoyan olsa Ermənistan Dağlıq Qarabağla bağlı çıxartdığın 4 qətnaməylə burnunu silib zibil yeşiyinə atmazdı.

BMT Birləşmiş Millətlər Təşkilatı deyil ey, Birləşmiş Millətlər Çayxanasıdı. 70-80-ci illərdə biz də yığılırdıq Qubernat bağındakı Rafaelin çayxanasına basıb-bağlayıb, sonra da çıxıb gedirdik evimizə, Sov.İKP-nin qurultaylarından sabah olacaq imtahana hazırlaşmağa.

Bunu yazarkən həmin çayxananın daimi müştərisi Rüstəm Hacıyev əlavə etdi ki, məllim, yaxşı da sosiska verirdilər, bolqar şorabasıyla.

Mən də dedim ki, Birləşmiş Millətlər Çayxanası da hərəyə bir şirniquş verir.