adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Dekabr 2019 15:04
36497
ŞOU-BİZNES
A- A+

“İkinci bahar” siyahısına Lalə Məmmədova da qoşulacaq...

Əməkdar artist Lalə Məmmədova yenidən ailə qurmaq istəyindən bəhs edib.

Adalet.az xəbər verir ki, müğənni bu haqda qonaq olduğu "Hər şey daxil" verilişində deyib. O,aparıcı-prodüser Tarix Əliyevin (Tolik) "Yenidən sevib, ailə qurmaq istəyirsiniz" sualına belə cavab verib:

"Əlbəttə, ailə qurmaq istəyirəm. Yəqin ki, o insan tamlığı ilə mənim gözümə görsənməyib. Görsənsə, əlbəttə ki, düşünürəm. Çünki qadın olmayan bir şey haqqında düşünmür. Bu dəqiqə mənim üçün önəmli olan mənim övladlarımdır, onların təhsilidir. Niyə də olmasın? Əgər məni olduğum kimi qəbul eləsə olar. Çünki bu yaşdan sonra biz dəyişə bilmərik". Qeyd edək ki, Məmmədova ailəli olub və ayrılıb. Onun iki övladı var .

"İkinci bahar” və "Baharlar”ın siyahısı

Əslində şou biznes nümayəndələri arasında dəfələrlə ailə qurmaq heç də görünməmiş, yaxudda az-az görülən hadisə deyil. Yəni, şou nümayəndələrinin şəxsi həyatı cəmiyyətdə mütəmadi olaraq müzakirə olunan mövzulardan biri olduğu üçün ailəlikləridə həmişə tamaşaçıların diqqətində olub. Odur ki, bəzilərinin ilk evlilikdə ailə həyatları bir o qədərdə ürəkaçan olmadığı üçün ikinci. üçüncü, bəzəndə dördüncü dəfə ailə qurmaq məcburiyyətində qalıblar və buda onların pərəstişkarları arasında maraqla qarşılanıb. Bəzən bu evlilikləri rekord həddə- beşinci dəfəyədə çatdıranlar olub.

Belə ki, məşhur aktrisamız Leyla Şixlinskaya düz 4, sevimli müğənnimiz, xalq artisti Flora Kərimova 3, mərhum xalq artisti Hacıbaba Bağırov 5, müğənni Nura Suri3, "Şeron” qrupunun üzvüolan Rüstəm Zeynallı 3, Rəqqasə Oksana 3, xalq artisti Niyaməddin Musayev 3 dəfə ailə quran sənətçilərdəndir.



İkinci dəfə ailə quran məhşurlardan isə xalq artisti Zülfiyyə Xanbabayevanı, sevilən müğənnilər İlhamə Qasımovanı, Tünzalə Ağayeva, Abbas Bağırovu, İzzət Bağırovu,Təranə Qumralı, Musa Musayevi, İlqar Saili,Vasif Məhərrəmlini, Şəbnəm Tovuzlunu, Rəvan Qarayevi misal göstərmək olar.

Digər məhşurlardan ikinci evliliyi ilə tanınanlar isə xalq artisti Arif Quliyev, əməkdar artist Naibə Allahverdiyeva, aparıcılardan Gülnarə Məmmədova, Ulvira Qarayeva, İlqar Mikayıloğlu, Mətanət Əliverdiyeva, Xoşqədəm Hidayətqızı, Azər Axşam, meyxanaçılardan Namiq Qaraçuxurlu, mərhum Anar Nağılbaz, repçi Hüseyn Dərya və başqalarını misal çəkmək olar.

Beləcə, məlum olur ki, sənət adamları yeni ilhamı tək yaradıcılıqda deyil, yeni hiss, yeni nəfəs, yeni münasibətdə də görürlər. O zaman Lalə Məmmədovanında yolu açıq olsun..Niyədə olmasın???

Əntiqə Rəşid