Bu gün Azərbaycanteleviziya məkanlarında maraqlı layihələr var. Amma bu o demək deyil ki, bulayihələrin hamısı tamaşaçılar tərəfindən sevilir və izlənilir. Sirr deyil ki,Azərbaycan televiziyları rəqabətdə bir qədər geri qalır və eyni zamanda Rusiyakanallarına birmənalı olaraq uduzur. Biz bu məsələlərə bir o qədər də müdaxiləedə bilmərik. Çünki Azərbaycanda da kifayət qədər istedadlı, təcrübəli və savadlı telejurnalistlər var. Və butelejurnalistlər zaman-zaman öz sözlərini deməyi bacarıb və maqarlı, baxamlılayihələri gerçəkləşdiriblər.
Kimdənsə öyrənməkolar, bəhrələnmək mümkündür. Çünki dünyanın hər yerində bu öyrənmək və bəhrələnməköz nəticəsini verir. Təəssüf ki, bizdə hər hansı verilişlər və layihələr efirəçıxarılarkən sanki xarici kanalların layihələri ekrana gətirilir. Və onu da çoxprimitiv, bayağı bir formada tamaşaçıya təqdim edirlər. Tamaşaçı da axı bulayihəni xarici kanallarda görüb. Elə gördüyü üçün də bizimkilərin hazırlayıb bərbadvəziyyətdə efirə çıxardığı verilişlərə bir o qədər maraqla baxmırlar. Belə birdeyim var: "Yaxşı sürət olana qədər pis, orijinal daha yaxşıdır”. Yəni lorudildə desək, kimisə yamsılamaqdansa, özünün düşüncən və layihən zəif də olsa,daha maraqlıdı.
Bizim televiziyaməkanında da yeniliyə can atan maraqlı və orijinal layihələrə yer verənkanallar var. Təbii ki, bu kanallardakı verilişlər də hardansa öz mənbəyinigötürüb. Ancaq verilişi hazırlayan jurnalist bura özünün düşüncəsini, ürəyininhərarətini və bir az da obrazlı demiş olsaq, milli koloritini qataraq onu dahabaxımlı ekrana çıxarır. Bu mənada Xoşqədəm Hidayətqızının "Səni axtarıram”verilişi tamaşaçı zövqünü oxşayır. Düzdür, bu verilişin də layihəsi Rusiyateleviziyasının məşhur aparıcılarından olan Andrey Malaxovun "Jdi menya”verilinə bənzəyir. Veriliş ona bənzəsə də, amma bu layihədə Xoşqədəm xanımın dəsti-xətti,yaradıcı kollektivin birgə axtarışları və ən nəhayət bütün çətinlikləri vəsıxıntıları arxada qoyaraq maraqlı bir layihəni gerçəkləşdirməyi onu deməyə əsasverir ki, bu veriliş həqiqətən də hər gün tamaşaçılar tərəfindən səbirsizlikləgözlənilir. Düzdür, bu layihənin də qüsurlu yerləri var. Amma qüsurdan çoxuğurları tamaşaçının yadında qalıb.
Biz demirik ki,hər hansı verilişi efirə çıxarmaq su içmək kimi bir işdir. Televiziyajurnalistləri yaxşı bilir ki, bu cür layihələri ortaya çıxarmaq üçün həm maddi,həm də mənəvi dəstək lazımdır. İtkin düşənləri axtarıb tapmaq, unudulmuş vəyaddan çıxmış adamlara arxa durmaq, xəstə, problemli insanların dərdinə əlacqılmaq, haqqı tapdalanan adamların arxasında dayanıb onu müdafiə etmək bugünkücəmiyyətdə elə də asan deyil. Ən azından ona görə ki, bir adamın haqqını, biradamın hüququnu bərpa etmək üçün nə qədər bürokratik maneələrə rast gəlməlisənvə onları dəf etməlisən. Bunları dəf etmək üçün isə həm verilişin aparıcısıXoşqədəm Hidayətqızından, həm də yaradıcı kollektivdən mübarizlik, əzmkarlıq vəmöhkəm səbr tələb olunur. Zarafat deyil, 3 saat efirdə olmaq və hər gün müxtəlifproblemli insanların dərdini yaşamaq və bununla yanaşı, o insanların dərdinə əlacaxtarmaq üçün aparıcıda səbr və möhkəm iradə lazımdır. Və bəzən biz görürük ki,aparıcı çox çətin, sıxıntılı, əsəbi anlarla üzləşir. Bu hər an, hər dəqiqəaparıcının həyatından, ömründən bir zaman qoparır. Gərək bunu nəinki adiinsanlar, o verilişi izləyən vəzifəli şəxslər də anlasınlar və başa düşsünlər.Müxtəlif qurumların bürokratik maneələrinə, təpkilərinə və sıxıntılarına məruzqalan çoxlu sayda insanlar bu verilişə üz tuturlar. Və çox vaxt da birmənalıolaraq deyə bilərik ki, "Səni axtarıram” onlara arxa durur və arzularına, istəklərinəqovuşdurur.
Xoşqədəm Hidayətqızıod tutub yanan İraqa, Əfqanıstana və digər ölkələrə gedib. Odun, alovun, gülləninvə mərminin içindən reportajlar hazırlayıb. Mənim özüm də Qarabağ müharibəsindədöyüş bölgəsindən, səngərlərdən informasiyalar, reportajlar, müsahibələr vermişəm.Müharibəni görən adam bilir ki, odun-alovun içi nə deməkdir. Mən bu anları vəbu məqamları dəfələrlə səngərlərdə yaşamışam və dəfələrlə ölümlə üz-üzə gəlmişəm.Onda görün Xoşqədəm Hidayətqızı İraqda, Əfqanıstanda və digər döyüş bölgələrindəneçə dəfə ölümlə üzləşib. Və o sağ qalıbsa, onu yalnız və yalnız Allah xilaseliyər...
Çox təəssüf ki,bu gün bizim televiziya məkanlarında Xoşqədəm Hidayətqızının bu layihəsiniyamsılayan və onu daha bərbad vəziyyətdə tamaşaçıya ötürən bir çox kanallar davar. Ədalət naminə deyək ki, həmin kanallarda səviyyəli verilişlər az deyil.Amma ATV-də Zaur Baxşəliyevin "Bizimləsən”, SPACE-də "Gəl dərdini bizə danış”,Lider-də və eləcə də ARB TV-də Elgizin apardığı verilişlər Xoşqədəm xanımınlayihəsinin çox primitiv və bayağı formada təkrarıdır. Başa düşmək olmur, əgərAzərbaycan televiziya məkanında Xoşqədəm Hidayətqızının "Səni axtarıram” layihəsiöncə varsa, onda digər kanalların bu verilişi yamsılamağı və təkrarlamağı hansıməqsəd güdür?
Təbii ki, hər bir istedadlı jurnalistin öncədən özünün layihəsi olmalıdır.Və belə bir layihə də bir zamanlar varidi. Tay indiki kimi bir kanal maraqlı layihəni gerçəkləşdirən kimi, digərləridə onun "kopyasını” eləmirdilər. Bax, bunu baş düşmək olmur ki, bu cür primitivdüşüncəylə tamaşaçını necə sevindirmək olar? Əlbəttə, indiki televiziyabolluğunda tamaşaçını cəlb etmək, onu saxlamaq və verilişi sevdirmək çox çətinbir məsələdir. Ola bilər bir dəfə sənin verilişin maraqlıdır, ona baxantapılacaq. Amma iki-üç dəfə tamaşaçı görəndən sonra veriliş bayağıdır, başqakanallarda daha orijinaldır, bax, onda istər-istəməz həmin verilişdəntamaşaçılar vaz keçməli olacaqlar.
Elə bu gün Azərbaycanteleviziyaları da bir çox bəsit verilişlərilə tamaşaçı zövqünü korlayıb. Böyükyazıçı Seyran Səxavətin sözüylə demiş olsaq, Azərbaycan dilini bərbad günəqoyan televiziyalardı. Heç bir savadı, təcrübəsi, peşəkarlığı, elmi vədünyagörüşü olmayan orta səviyyəli bir müğənni bir də görürsən ki, budu ha, ikisaatlıq verilişə aparıcılıq edir. Danışanda ağzından üzr istəyirik, sözlərhorra kimi tökülür. Elə bil ağzını əriştə yandırıb. Nə vurğunu düz qoyur, nə dəfikri dəqiq ifadə edir. Bilmirsən, Azərbaycan dilində danışır, yoxsa moltanıdilində. Üstəlik də verilişə dəvət elədiyi ekspertlərə danışmağa aman vermir.Sanki dilotu yeyib. Balam, əgər özün danışacaqdınsa, bəs onda o eksperti verilişə niyə dəvət eləmisən?Elə özün danış da!
Bax, beləaparıcıların savadsızlığı və qeyri-peşəkarlığından çox istedadlı adamlar overilişlərə getməkdən imtina eləyir. Yenə Seyran Səxavətin bu günlərdə mətbuataverdiyi bir müsahibəsi yadımıza düşür. Böyük yazıçı deyir ki, iki dəfə məniLider TV-yə dəvət elədilər. Aparıcı bir dəfə dedi ki, mövzu şəhidlərlə bağlıolacaq, bir dəfə də dedi ki, Qarabağdan danışacağıq. Mən də Mərdəkandayaşayıram. O yolu gəlib-getmək çox çətindir. Axır birtəhər Lider TV-yə gəlibçatdım. Gördüm ki, aparıcı məni aldadıb. Özü haqqında veriliş hazırlanıb, mən dəorda bunu bilib bərk əsəbləşdim. Ona görə də Lider TV-nin prezidenti Ədalət Əliyevdənxahiş edirəm ki, bu cür dələduz aparıcını efirdən uzaqlaşdırsın. Çünki o,kanalın adına şərəf gətirmir.
Hər halda, XoşqədəmHidayətqızı kimi öz işini, peşəsini gözəl bilən aparıcılar da var, başqalarınıyamsılayan və hətta tanınmış və istedadlı yazıçı Seyran Səxavət kimi birziyalını aldadanlar da. Heç mən Xoşqədəm Hidayətqızını şəxsən tanımıram və təbiiki, o da məni tanımır. "Üç nöqtə” qəzetinin redaktoru kimi köşə yazılarını çoxoxumuşam. Və həmin yazılar da xoşuma gəlib.
Qəzetjurnalistinin televiziya məkanında belə uğur qazanması həm də çap mətbuatınınbir daha böyüklüyünü və peşəkarlığını göstərir. Kiminsə ondan xoşu gəlməyə bilər,amma görünən odur ki, o Azərbaycan televiziya məkanında öz maraqlı layihəsiyləsözünü deməyi bacaran aparıcıdır.