adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
04 Dekabr 2019 13:01
8520
GÜNDƏM
A- A+

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi İƏT-lə əməkdaşlığı müzakirə edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) heyvandarlıq məhsullarının idxalı və ixracı potensialının artırılması baxımından İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələri ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Adalet.az-ın məlumatına görə, bunu AQTA-nın rəhbəri Qoşqar Təhməzli İƏT kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən iclasında deyib.

O bildirib ki, İƏT ölkələrinin bu sahədə böyük potensialı var:

"Ölkələrimiz ərzaq təhlükəsizliyinə nəzarət, heyvan xəstəlikləri, bu istiqamətdə beynəlxalq standartların öyrənilməsi, eləcə laboratoriyaların qarşılıqlı tanınması sahələrində əməkdaşlığı genişləndirə bilər”.

Q.Təhməzli deyib ki, AQTA fəaliyyətə başlamazdan əvvəl Azərbaycan məhsullarından imtina sayı 36 idi, indi bu göstərici 11-dək azalıb.