adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Dekabr 2019 12:39
9505
GÜNDƏM
A- A+

Natiq Cəfərli: Norveç ona görə Norveç oldu ki...

Dünən ilk dəfə Əli İnsanovu seçki müzakirələri zamanı gördüm (mövzu seçki olduğu üçün iştirak edirdim), çıxışını canlı dinlədim. Adam iqtisadi mövzulara da girdi və məlum oldu ki, dünyadan da, ölkədən də bixəbərdir, tezisləri içiboş, rəqəmləri səhv, çıxartdığı nəticələr gülüncdür. Əli müəllimin yeganə amacı qisasdır - başqa heç bir siyasi, iqtisadi vizionu yoxdur, ola da bilməz, çünki çox köhnədir, müasir təməl bilikləri yoxdur. Adam elə bilir ki, hər çıxışında 10 dəfə "Avropa, ABŞ" desə, Qərb bunu dəstəkləyəcək, adam düşünür ki, problemlərin səbəblərinə toxunmadan nəticəsini söyləsə ictimai dəstək qazanacaq.

Mən məmləkərin gələcəyinin dizayn olunmasında belə bir insanın iştirak etməsindən ürkürəm, bunu istəmirəm.

Əli müəllim çıxışında Norveçi misal çəkdi, örnək göstərdi, amma demədi ki, Norveç ona görə Norveç olub ki, tarixində oğru nazirlər, haqqı tapdalayan məmurlar olmayıb, Norveç ona görə Norveç olub ki, qonşuları İsveç, Danimarka və Finlandiyadır, daha Ermənistan, Rusiya və İran deyil, Norveç ona görə Norveç oldu ki, "Öndər" deyib şəxs üzərimə sistem qurmadılar, Əli müəllim kimi adamlar illərlə "Öndər" kultu yaratmadılar. Belə...