adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Dekabr 2019 10:07
49305
KRİMİNAL
A- A+

Şabranda maskalı şəxslər qadının evinə silahlı basqın etdi

Şabran rayonunda qadının evinə basqın edilib.

Adalet.az-ın məlumatına görə, hadisə Şabran rayonu, "3 sotlar" yaşayış massivində baş verib.

25-30 yaşlarında 2 nəfər naməlum şəxs maskalı vəziyyətdə həmin massivdə yaşayan Gülməmmədova Jalə Saleh qızının evinə basqın edərək ona zor tətbiq edib, bıçaqla hədələyərək 50 manat pulunu alıb hadisə yerindən qaçıblar.

Faktla bağlı Şabrab rayon polis şöbəsində cinayət işi başlanıb.