adalet.az header logo
  • Bakı 19°C
03 Dekabr 2019 15:10
32373
ŞOU-BİZNES
A- A+

Yardan yarımış...

Oxuduğumuz kitablardan, tanıdığımız qadınların həyat hekayəsindən, gündəlik çıxan cinayət hadisələrindən bilirik ki, hər qadının taleyinə yardan-ərdən yarımaq yazılmır.

Əminliklə demək olar ki, Nailə Əsgərzadə bu baxımdan "ən xoşbəxtlər” in siyahısındadır. Çünki, Keyt Middlton, Ledi Qaqa, Kim Kardaşyan, Melaniya Tramp, Peris Hilton, Keyt Blanşett, Enn Heteuey, Meraya Keri, Sofiya Verqara və Beyons bu azərbaycanlı xanım qədər bəlkədə şanslı olmayıblar.

Deməli, Rusiyada Korrupsiya ilə Mübarizə Fondu orada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Nailə Əsgərzadənin "Bombardier Global 6000" təyyarəsinə və 62 metrlik yaxtaya sahib olduğunu ortaya çıxarıb.

Adalet.az xəbər verir ki, jurnalistin bu qədər var-dövləti necə əldə etdiyi maraq doğurub. Bəlli olub ki, Əsgərzadə "VTB Bank"ın prezidenti Andrey Kostinlə eşq yaşayır. Təyyarə də elə bankın nəzdində olan şirkətlərdən birinin hesabına daxildir.

KMF isə dəyəri 60 milyon dollar olan təyyarənin Nailəyə yalnız kirayəyə verildiyini açıqlayıb. Onun uçuş zamanı hər 1 saat üçün təyyarəyə 559 min rubl (14 min manat) ödədiyibildirilib. Jurnalist təkcə 2019-cu ildə sözügedən təyyarə ilə 51 saatdan çox uçuş reallaşdırıb.



Digər bir məqam isə faktlarda Nailənin yaxta və təyyarədən Andrey Kostinlə özəl görüşlər zamanı istifadə etdiyinin vurğulanmasıolub.

Lazımi qrumlardan məsələ ilə bağlı fikir öyrənilib. Bildirilib ki, bir jurnalistin aldığı maaşla bütün bunları etməsi mümkünsüzdür.

Qeyd edək ki, bundan əvvəl də Nailə sahib olduğu mülklərlə gündəmə gəlmişdi. Rusiya mediası azərbaycanlı jurnalistin Rublyovkadakı Razdorı kəndi yaxınlığında 43 min kvadratmetrlik əraziyə sahib olduğunu yazmışdı. Onun qiyməti 45 milyon dollardır.


Əsgərzadənin Moskvada başqa bir yerdə 53 sot torpaq ərazisi və içərisində 923 kvadratmetr villası, eyni zamanda məşhur yaşayış kompleksində 2 mənzili var. Nailə həmçinin 2011-ci ildə 229 kvadratmetrlik, 2014-cü ildə isə 155 kvadratmetr ərazisi olan evlər alıb.

Bank müdiri Nailəyə elit-sinif avtomobilləri (BMW 325I, BMW 650I X-Drive, BMW X5 X-Drive 50I), malikanəvə bir çox bahalıhədiyyələr dəedib.

Rus mediasınınməlumatına görə, Kostinin Nailəyə bağışladığı hədiyyələrin ümumi qiyməti milyard dolları ötüb.

Paxıl olmayanlar "Əhsən” deyə bilər.

Əntiqə Rəşid