adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
03 Dekabr 2019 14:23
57813
MƏMLƏKƏT
A- A+

Qarabağ müharibəsi başlarsa.... Döyüşə hazırsanmı? - SORĞU

Ermənilərin həyasızlığının həddi yoxdu! Tutaq ki, ermənilər bir gün təmas xəttində yerləşən kəndlərə hücum etdi! Dövlətimiz tam və qəti qələbəni təmin etmək üçün müharibə təcrübəsi olan kecmiş döyüşçüləri və əli silah tutan vətəndaşları orduya köməyə çağırdı! Ümumiyyətlə, deyək ki, səfərbərlik oldu! Döyüş başladı.

Kim döyüşə getməyə hazırdı?

Adalet.az xəbər verir ki, bu sualla vətəndaşlarımıza müraciət edən əməkdaşımız maraqlı cavablar alıb. Həmin cavabları təqdim edirik:

Şirin Cəfəri:”Keçmiş döyüşçü olaraq, hər an hazıram. Təki torpaqlarımızı düşmən işğalından azad edək”.

Vaqif Hacılı:”Şəhidlərin qisasın almadan ölsəm , mənə rəhmət deyənə Allah lənət eləsin”.

Azər Huseynov:”Vətəni qorumaq hər kəsin borcudur isindən, əqidəsindən asılı olmayaraq...Əgər qorumaq istəmirsə, belə insanın vətəni olmur. O ki, qaldı müharibəyə, mən aprel döyüşlərində də müraciət etdim. Bu gün də hazıram inşaallah ki, qismətim olar”.

Səbuhi Rəhimli:” Məncə, bu suala ehtiyac yoxdur. Burada o suala heç də hamı səmimi cavab verməyəcək. Aprel döyüşlərində bunun canlı şahidi özüm oldum. Təkcə Tərtərə minə yaxın insan gəlmişdi. Təsəvvür edin, Gəncədən evdə 3 qardaş vardısa, onların üçüdə Tərtərə gəlmişdi, Göyçaydan, Ucardan, Hacıqabuldan şəxsi maşınlarda ora gələn gəncləri görəndə qürurlandım. Astarada 30-a yaxın talış qardaşımız gəlmişdi. Xalqın ruhu ölməyib. O vaxt bu barədə reportaj da yazmışdım”.

Sevil İsmayilova:”Men!İki körpə ovladımı anama verib, qacaraq gedərəm. O çağırış olsun,ölüncəyə qədər döyüşərəm. Təki tezliklə Ali Baş Komandanımız Cənab İIham Əliyev muharibe əmri versin, elə indi də hazıram. indidə gedərəm. Son damla qanıma qədər savaşdan əl çəkmərəm”.

Zaur Hətəmov:” 92-94 dən çox fərqli ordu formalaşıb. O vaxtlar bir taborda 50-60 adam olurdu, adı batalyon idi, özü rota qədər… Tank batalyonu 2-3 texnikadan, peşəkarlar da barmaq sayından ibarət idi, Könüllülərin də çoxu hərə bir yolnan geri qayıtdığından ruh düşkünlüyü 1993-94 də özünü açıq biruzə verirdi . Əlac qalmışdı ,,oblava" dan yığılıb kortəbii cəbhəyə göndərilən ,, könülsüz" lərə. Onların bəziləridə yarı yolda imkan tapıb qaçdılar. Bir çoxu da səriştəsizlikdən həlak oldu. İndi vəziyyət tam başqadır. 1991-ci 1ldəki yüksək əhval- ruhiyyə yenidən var! Ordumuzun hazırkı sayı, hazırlığı kütləvi səfərbərliyə ehtiyac olmayacağını göstərir. İxtisaslaşmış qoşun növləri ,olacaq müharibəni udacaq gücdədir. Soydaşlarımızın da nə qədər döyüşmək əzmli, qələbə ruhlu olduğunu şəxsən qısamüddətli 2016 aprel döyüşündə şahidi olduq. Döyüşmək qabiliyyəti olanlardan könüllü dəstələr yaratmağa dövlət qərar verərsə , mən və mənim kimilər sözsüz ki, geri baxmadan gedəcək! Öz qisasını almaq əzmində olanlar, necə deyərlər birinci uğursuz müharibədən yanıqlı qalan mənim kimilər bəhanə gətirməyəcək!

Lətifə Mikayılova:”Men gecikmiş bir etiraf etmək istərdim: Hərdən çox fikirləşirəm ki,niyə o vaxtlar mən doguldugum kəndin müdafiəsinə getmedim?Axı fiziksel olaraq problemim yox, peşem də (ali təhsilli həkiməm) uygun gəlirdi. Ən azından yaralılara xidmət göstərərdim. Bes, onda, niyə müharibədə iştirak etmədim? Cavabı bilirsiz nədir? Torpaqlarımız işgal olunmaga başlayanda övladlarım körpə idi. Böyük oglum 1989-cı, kicik oglum 1990-cı il təvəllüddür. Bəlkə də, dərin düşünmədim o vaxtlar. Ya da,uşaqlara görə gedə bilmədim. Amma çox inandım, qoy kişilər inciməsin, onlara arxayın oldum. Fikirləşdim ki, erməni kimdir axı, bizim kişiler onların öhdəsindən gələ bilməsin. Bütün şəhidlərin qarşısında baş əyirəm, itkin düşənləri yada salıb aglayıram, əsir düşənləri xatırladıqca içim sızıldayır..esir düşən qadınların taleyi tez-tez yuxuma girir, dəli olmaq dərəcəsinə gəlirəm. İnanmıram ki, kimsə bu haqq müharibədən yayınsın, inanmıram ki, kimsə, lap əli-ayağı yerində olmayan adi-sadə vətəndaşlar belə ordumuzun yanında olmasın! Allah bu xalqa QƏLƏBƏ qismət eləsin!”

Gülşən Qənbərova:”Mən Allaha cox inanıram! Çox! Bir gün "dövrani-gərdiş”in bizim xeyrimizə də dönəcəyinə əminəm! Yuzə-yuz əminəm! O müqəddəs gün uçun hamımız səfərbər olmalıyıq! Şəxsən mən özüm həmin döyüşdə olmaq istərdim. Əlimdən tüfəng atmaq gəlmir, tank sürə bilmirəm. Amma bir qazan yemək bişirə bilərəm. Bir günə 50 kazarmanı süpürüb silə bilərəm, paltaq yuya bilərəm, soyuqlamış, xəstələnmiş, yaxud da yaralanmış bir əsgərin başı üzərində səhərə qədər keşik çəkə bilərəm, ona əlimdən gələn qayğını göstərə bilərəm”.

Seyfi Həsənov: "Allah mənə ikinci Qarabağ müharibəsini qismət etsin, mən hər an hazıram."

Şamil Əliyev: "Mən heç nəyi duşunmədən təkrarən müharibəyə gedərəm...Bele, məğlub, mənəviyyatsız yaşayışı görüb, gündə yuz dəfə ölüb-dirilməkdənsə, birdəfəlik döyüşdə şəhid olmağı daha şərəfli sayıram...”

Sevindik Məmmədov: ”Azərbaycanın kifayət qədər güclü ordusu var! Yetər ki, döyüş əmri verilsın! Qalanı çox asandır. Qalib olacağımıza əminəm!”.

Vahid Əhməd:”Kecmiş döyüşçü kimi gedərəm! Çünki bu vətən qeyrətli vətəndaşlarındı!”

Elman Həsənov:” Mən bir əlimdə Bayraq, bir əlimdə silah öndə gedərəm.
Çünki hər birimizin borcudur ki, torpaqlarımızı işğalçı erməni dığalarından azad edək. Torpaq bizim qeyrətimiz, namusumuz və şərəfimizdir. Biz nəyin ki, Qarabağı, qədim torpaqlarımız olan İravanı, Zəngəzuru, Göyçəni erməni əsirliyindən azad etməliyik. İnanıram! Tezliklə üç rengli Bayarağımızı azad etdiyimiz yurdumuzun ən uca zirvəsində dalğalandıracağıq!”



Əntiqə Rəşid