adalet.az header logo
  • Bakı 7°C
03 Dekabr 2019 14:03
23017
SİYASƏT
A- A+

Lavrov Bakıdan Paşinyana “yox” cavabı verdi

"Hərbi-texniki sahədə əməkdaşlıq Azərbaycanla strateji tərəfdaşlığımızın ən vacib sahələrindən birini təşkil edir”.

Adalet.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Rusiyalı nazir Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-ya üzv dövlətlərin Azərəbycana silah satışı həyata keçirməməsi ilə bağlı müraciətinə də münasibət bildirib.

Lavrov qeyd edib ki, Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlıq tam şəffaf, beynəlxalq hüquqa və iki ölkənin qanunvericiliyinə əsasən regionda balans qorunmaqla həyata keçirilir.