adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Dekabr 2019 14:01
15290
SİYASƏT
A- A+

“Azərbaycan Rusiyanın verdiyi təklifləri qəbul edib” - Lavrov

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri, keçirilən görüşlər çox məhsuldar oldu.

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Bakıda keçirilən mətbuat konfransında deyib.

XİN rəhbəri bildirib ki, iki ölkənin humanitar sahədə əməkdaşlığı nümunəvidir: "Rus dilinə xüsusi münasibətə görə, dostlarımıza təşəkkür edirik. Gələn il Azərbaycanda Rusiya Mədəniyyət Günləri keçiriləcək. 11 min azərbaycanlı tələbə Rusiyada təhsil alır. Onların min nəfəri Rusiya təqaüdü hesabına təhsil alır".

Lavrov bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiklərini əlavə edib.

"Biz Qarabağ problemini müzakirə etdik. Düşünürük ki, kompromisə nail olmaq üçün imkankar var. Bu, asan proses deyil, uzun müddətdir münaqişə mövcuddur. Azərbaycana Rusiyanın verdiyi təklifləri qəbul etdiyi üçün təşəkkür edirik. İki gün ərzində növbəti addımları müzakirə etdik".

Rusiyalı nazir qeyd edib ki, Azərbaycan uğurla Qoşulmama Hərəkatında sədrliyə başlaylb: "Rusiya bu imkandan istifadə edərək Hərəkatla münasibətlərini inkişaf etdirə bilər".