adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Dekabr 2019 11:30
21567
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: BAŞQA KİMƏ SIĞINIM

Çiçəksən - tər yerdəsən
Ruh kimi hər yerdəsən...
Göydə Allah , yerdə sən -
Başqa kimə sığınım?!

Dodaqdakı balınla -
Ömürsən , hər halınla...
Mən bu ürək zalımla ,
Başqa kimə sığınım?!

Haqsan, mən də bəndənəm
Sənlə yarı - lap tənəm!
Paralanmış vətənəm -
Başqa kimə sığınım?!

Bəxtim yönü günədi,
Baxma sısqa - künədi!
Səndən tək bir dənədi -
Başqa kimə sığınım?!

Nuhdan öncə Azıxdı
Sinəm ləklək - qazıxdı...
Bu Əbülfət yazıxdı -
Başqa kimə sığınım?!