adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Dekabr 2019 15:43
30243
ŞOU-BİZNES
A- A+

Pərvin keçmiş sevqilisini ələ saldı

Polis sevgilisi Murad Abdullayevlə ayrılan məşhur aktrisa Pərvin Abıyeva yenidən diqqətləri öz üzərində cəmləyib.

Adalet.az xəbər verir ki, əvvəllər əməliyyat müvəkkili işləmiş Murad Abdullayev mediaya açıqlamasında vəzifəsindən azad olunmağına təəssüfləndiyini bildirib:

"Pərvin Abıyeva ilə əvvəl münasibətim olub. Amma ailəli deyilik. Hazırda münasibətimiz yoxdur. İşdən çıxarılmağım doğru qərar idi. Bu hərəkətimə görə çox peşmanam”-deyə vurğulayıb.

Aktrisa "İnstagram” hesabının "Hekayə” bölməsində Muradla birgə yer alan həmin xəbərin foto variantını yayımlayıb. Aktrisa sevgilisinin "çox peşmanam” sözünün üzərinə "ay, necə olacaq görəsən?” şərhi ilə qarşı tərəfi ələ salıb, hətta paylaşımına gülmək işarəsi qoymağı da unutmayıb.

Qeyd edək ki, M. Abdullayev Pərvin Abıyeva ilə olan görüntülərinə görə işdən çıxarılıb. DİN-in yaydığı məlumatda qeyd olunurdu ki,"Polis haqqında” Qanunun və "DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən daxili işlər orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.

Əntiqə Rəşid