Özümüzü kəsən qılınc...

47291 | 2019-12-02 14:31

Atalardan qalmış misaldı. Deyirlər,qılınc yarası sağalır, dil yarası sağalmır. Dəfələrlə "dil yarası”ndan nəsibinialmış biri kimi əminliklə deyirəm,”zaman hər yaraya məlhəmdi” təsəllisi bumövzuda kecərli deyil. Məsələn, bir necə il əvvəl jurnalist Xədicə İsmayılsosial şəbəkədə polkovnik-leytenant Ramil Səfərovun "biabırçı cinayət” törətdiyini yazdı, fəlsəfə elmlərinamizədi, 12 kitabın müəllifi Fazil Mustafa Azərbaycan tarixində şanlı səhifələryazan Babək və Şah İsmayıl Xətaini təhqir etdi, jurnalist Eynulla FətullayevXocalı soyqırımında Azərbaycan ordusunu ittiham elədi, ictimaiyyətdə yeri-cəkisiolmayan, ağzının danışığını mütləq şəkilədə ayarlaya bilməyən, tələbə-psixoloqAzərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu "qatil" və"cinayətkar" adlandırdı. Zaman ötdü, unutduqmu?Unudacağıqmı?

Günlərdir xalqın, millətin milli dəyərlərinə yönəlmiş yeni bir ittiham,yeni bir”dil yarası”cəmiyyətdə hiddətlə qarşılanır. Bildiyiniz kimi, politoloq Cümşüd Nuriyev AzTV-nin efirində Qarabağsavaşı zamanı döyüşən qadınlardan ibarət batalyonun üzvlərini təhqir etdi. Onunbu çıxışı sosial şəbəkələrdə ciddi müzakirə edilərək tənqid olundu. C. Nuriyevbildirdi ki, o zamanlar Azərbaycan Xalq Cəbhəsinin qadın batalyonu var idi:"Batalyona Xanım Xəlilova başçılıq edirdi. Ölkədə nə qədər ərindən boşanmış,küçədə qalan qadınlar var idi, onlar kişi söyüşləri ilə ordaydılar”.

Uşaqdan böyüyə kimi politoloqa etiraz etməyən,onun haqsız olduğunu dilə gətirməyə qalmadı. Politoloq ictimaiyyətin hiddətinigörəndən sonra müharibə iştirakcıları olan bütün qadınlardan üzr istədi. Amma həminqadınları necə yaraladığını, psixologiyalarına erməninin vuruduğu zərbədəndə ağır zərbə vurduğunun bəlkə də hec vaxtfərqində olmayacaq...Yəni, düşünsəydi, düşüncəsioyaq olsaydı hec o kəlməni dilinə gətirməzdi.Təəssüf ki...

Əvvəllər işlədiyim mətbu orqanda üzdəolmayan, cəmiyyətə tanıtdırılmayan Qarabağ əlilləri, veteranları, şəhidlərihaqqında araşdırma yazılar hazırlayırdım.O vaxt nə internet vardı, nə sosial şəbəkələrfəaliyyət göstərirdi. Onları tapmaq ücün rayon-rayon, kənd-kənd gəzib bu qəbildənolan ailələrlə təmasda olmalıydın, döyüşcülərdən müsahibə götürməliydin, yazı hazırlamalıydın. Belə görüşlər, söhbətlər əsnasındakişi döyüşcülərin qadın döyüşcülər haqqında yüksək fikirlər ifadə etməsini eşidərkənonlarla da söhbətləşməyi özümə borc bildim. Goranboyda II qrup Qarabağ əlili XəyalMəmmədovdan müsahibə götürəndə, o döyüşcü Sevda Səfərova, Bərdə, Tərtərbatalyonlarının keçmiş döyüşçüləri ilə söhbət apararkən Qarabağın Həcəri SəbirəMahmudova, Aida Şirinova, Gəncədə isə vaxtıilə 864 saylı tağımın komandiri olmuş Şakir Hacıyevdən (BMP Şakir) yazıhazırlayarkən Mərziyyə Piriveva, Ağdamda II qrup Qarabağ qazisi Rafiq Kərimovlaonun döyüş yolu haqqında danışarkən Rüxsarə Cumayeva, Veteran Qəhrəman Hüseynovla(Abdal Qəhrəman) müsahib olarkən Cəvahir Abdullayeva haqqında fəxrlə danışdılar.Bir sözlə, Rada Abbas, Solmaz Əliyeva, Təranə Orucova, Kəmalə Məmmədova, NərminəAbasquliyeva, Gültəkin Quliyeva, MətanətAbbasova, Fəridə Hicran, Xatirə Məmmədova, Ruhəngül Hüseynova, Kəmalə Qəhrəmanova,Xanımzər Həsənova, Zübeydə Abdullayeva haqqında igidliklərdən beləcə xəbərtutdum. Belə tanıdım qadın döyüşçülərimizi!Hərdən özümdə qürrələnirəm ki, nəyaxşı bu döyüşçü xanımların əksəriyyətini yaxından tanımışam, mehribandostluq münasibətlərimiz var, evlərində,ailələrində qonaq olmuşam, keşməkeşli həyat və döyüş yolları haqqında məqalələryazmışam. Vallah, hərəsi bir romanamövzu olacaq xanımlardı!



Məlum "biyabırçı” çıxışdan sonrainternet resurslarında istifadəçilərin, ictimai və siyasi xadimlərin, bütün digərpeşə sahiblərinin döyüşən xanımları qızğınlıqla müdafiə etməsi Cümşüd Nuriyevintəklənməsinə, sonda üzr istəməsinə gətirib çıxardı. Şəxsən onun "üzür”ü mənisakitləşdirmədi, Ümumiyyətlə, o çıxışdan sonra C. Nuriyev dəfələrcə əfv diləsədə, başını divarlara çarpsa da, artıqheç nəyin mənası yoxdu. Dedi, bitdi, getdi...100 il keçəcək, amma minlərləqürür duyanları, fəxr edənləri olsa belə, o qadınlar o "çıxış”ı hec vaxtunutmayacaqlar. Söz yarası sağalmır axı, ay nadanlar...

Məndə çox əsəbləşmişdim "çıxış” a.. Sözümü deməyə, etiraz etməyə bir həmsöhbətaxtarırdım. Təsadüf nəticəsində çoxdantanıdığım, şəxsiyyətinə böyük hörmət bəslədiyim, Azərbaycanın ilk qadınkomandiri mayor Aidə Şirinova ilə qarşılaşdıq!Etirazımı bildirəndən, ürəyimiboşaldandan sonra dərindən nəfəs aldım.Aida xanım gülümsündü:

-Hamınızı başa düşürəm! Qarabağ uğrunda silaha sarılmış hər kəsiqorumalıyıq, müdafiə etməliyik! –dedi və xeyli susdu. Sağollaşıb ayrılanda isəmüəllifi olduğu bu bir parça şeiridə söylədi:


Məni vətən yetişdirdi

Anam doğdu bu dünyaya.

İçimdəki vətən eşqi

Saldı məni bu sevdaya.


Xəzər olub ləpələndim,

Araz olub qəhərləndim,

Sevgi olub, kədər olub

Vətən boyu səpələndim.


Vətən mənə doğul, dedi.

Anam mənə oğul dedi.

Düşmənlərin başı üstə

Şimşək olub çaxıl dedi..


TƏQVİM / ARXİV