adalet.az header logo
  • Bakı 13°C
04 Dekabr 2019 10:15
43203
MARAQLI
A- A+

Faciəyə çevrilən ümid gəmisi Struma

II Dünya müharibəsinin gərgin dövrlərində Alman soyqrımından qaçmaq üçün yəhudilərin son ümidi idi Struma. İngiltərə idarəsi altında olmaq şərti ilə Filistinə getmək üçün nəzərdə tutulan bir gəmi idi. Yəhudilərə afişalarda gəminin lüks bir səyahət gəmisi olduğu göstərilmişdi. Millət əlində nə var, nə yox idisə hamısını satıb gəmiyə bilet almışdı.

Heyvan daşımaq üçün nəzərdə tutulan və maximum tutumu 200 nəfər olan gəmiyə 800 nəfər mindirilir. Gəmi yolda 2 dəfə xarab olur, birinci dəfəsində insanlar əllərində qalan son dəyərli əşyalarını da verib başqa bir gəmi sayəsində gəmini təmir etdirirlər. İkinci dəfəsində isə Struma, Sarayburnunda xarab olur və İstanbulda lövhər atıb qalır. Bundan sonra 9 həftəlik gözləmə başlayır.

Türkiyə Almaniya tərəfindən təzyiqlərə məruz qalır və müharibədə tərəfsiz qalmaq üçün gəmini qəbul etmir. Gəminin Romaniyaya qayıtmasını istəyirlər, amma Romaniya da təzyiq altında qalaraq gəminin geri qayıtmasına razı olmur. İngiltərə isə əgər ordakı yahudilər ingiltərəyə gəlib çatarsa saylarının artacağı əndişəsi ilə gəminin ora gəlib çıxmasını istəmir.

Bütün bunlarla yanaşı, gəmi xəstəlik və infeksiya daşıyıcısına çevrilir. Bu qədər müddət dənizin ortasında qalan gəminin yemək və dərman ehtiyatı da bitir. 800 nəfərin kipləşdiyi taxta yığınında bu qədər problem az imiş kimi cəmi bir tualet var idi. Türk kızılayı gəmiyə müəyyən yardımlar göstərsə də xeyri olmurdu.

İnfeksiya və xəstəlik daşıyıcısı olan gəmidən özünü dənizə ataraq qaçmağa çalışan insanları botlar ilə yenidən gəmiyə qaytarırdılar. Gəmidən çıxmağı bacaran sadəcə bir neçə "şanslı” insan var idi. Onlar Martin Segal ailəsi və qanama keçirən hamilə bir qadın idi.

Bu əzablı gözləmədən sonra gəmini qurtarmaq üçün edilən "çabalar” yetərli olmur. Motoru işləməyən gəmini çəkicilər tərəfindən Qaradəniz sahilinə çəkmək qərarına gəlirlər. Bu zaman Qaradənizə nəzarət edən SC-213 adlı SSRİ sualtı gəmisi Strumanı şübhəli hesab edərək partladır. İçindəki 103 nəfər uşaq olmaqla, 768 nəfərin hamısı həlak olur. Və beləcə ümidə getdiyi yolda Struma sulara qərq olur