adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Dekabr 2019 13:45
15075
GÜNDƏM
A- A+

“Xarici dil bilsin, müasir və kreativ olsun...” - YAP rəsmisi

"Burada həmkarlarım arzu və istəklərini bildirirlər. Bir şeyi xatırlatmaq istəyirəm ki, deputatları seçici seçir”.

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat parlamentin bu gün keçirilən iclasında bildirib ki, seçici növbəti seçkilərdə kimi görmək istəyirsə, onu da seçəcək:

"Biz ancaq arzu və istəklərimizi bildirə bilərik. Kreativ olsun, xarici dil bilsin, müasir olsun və s. Bu, ancaq bizim arzumuz ola bilər. Arzularımızın reallaşmasını seçici müəyyənləşdirəcək. Son zamanlar mətbuatda, televiziyada da istiqaməti dəyişməyə çalışırlar. Ona görə də istiqaməti düz götürək və bunu insanlara düz izah edək. Ən son sözü təbii ki, seçici deyəcək”.

Spiker Oqtay Əsədov isə S.Novruzova cavab olaraq deyib: "İnanmıram ki, kimsə belə arzu etsin”.