Səməd Seyidov: “Xalq müasirləşib, tələbləri artıb”
"Heç kimə sirr deyil ki, bu gün Azərbaycan xalqını ən yüksək səviyyədə təqdim və müdafiə edən, faktiki milli maraqlarımızı təmsil edərək, milli dəyər səviyyəsinə yüksəldən cənab Prezident bu işi peşəkar cəhətdən ən yüksək səviyyədə aparır. Lakin paradoksal bir vəziyyət yaranıb".
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Komitə sədri bildirib ki, uzun illər ərzində aparılan quruculuq siyasəti yeni Azərbaycan formalaşdırıb: "Bununla yanaşı, xalq müasirləşib, tələbləri artıb, onun düşüncə tərzi, təhliletmə qabiliyyəti yüksəlib. Bir sözlə, Azərbaycanda milli və müasir şüur formalaşıb və bu şəraitdə biz Milli Məclisin xalqın qarşısında təmsilçiliyini mütləq yenidən təsdiq etməliyik. İslahatların məntiqi, dünya təcrübəsi, beynəlxalq öhdəliklər bunu belə tələb edir”.
S.Seyidov qeyd edib ki, təmsilçi rolunu yüksək səviyyədə yenidən təsdiq etmək üçün bu qərara dəstək verilməlidir: "Biz xalqın müasirlik səviyyəsinə uyğun, müxtəlif dilləri bilən, vətənpərvər, peşəkar insanlara daha geniş yol açmalıyıq. Biz xarici siyasətimizi ən yüksək səviyyədə təmsil etməliyik. Xalqımız və prezidentimizin yüksək tələblərinə uyğun yeni parlament formalaşdırmalıyıq”.
Digər Xəbərlər
28 Mart 2024 20:51
Azərbaycana qarşı informasiya təxribatı davam edir - Ülvi Quliyev yazır...
28 Mart 2024 19:22"Şuşa İƏT Gənclər Paytaxtı - 2024"ün keçirilməsinə dair öhdəlik protokolu imzalandı
28 Mart 2024 19:14Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri Azərbaycana gələcəklər
28 Mart 2024 16:50CAR lideri İlham Əliyevi təbrik edib
28 Mart 2024 15:33