Fəxrəddin Altun: “Ölkəmizin NATO müttəfiqlərindən əsas gözləntisi..."
Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun Londonda təşkil ediləcək NATO Sammiti ilə bağlı Daily sabah-a verdiyi açıqlamada bildirib ki, Türkiyənin NATO müttəfiqlərindən əsas gözləntisinin terrorla mübarizədə ölkənin yanında olmaları olduğunu bildirib.
Türkiyənin ittifaq içərisində aparıcı rol oynadığını vurğulayan F.Altun qeyd edib ki, NATO ittifaqının məqsədinə və ruhuna uyğun olmayan çıxışlar üzv dövlətlərin münasibətlərinə xələl gətirir: "Bu gün Türkiyə terror təhdidləriylə mübarizə apararken NATO müttəfiqlərinin ittifaq ruhu ilə üst üstə düşməyən açıqlamaları Türk cəmiyyətini də məyus edir.”
NATO üzvü olan bəzi ölkələrin Türkiyənin Suriya əməliyyatı ilə bağlı açıqlamalarına gəldikdə, Altun qeyd edib ki, Türkiyənin Suriyada reallaşdırdığı əməliyyatın məqsədi sərhədlərində yaradılmağa çalışılan terror dəhlizini yox etməkdir:
"Türkiyənin Suriyada və ya başqa hər hansı bir ölkədə heç bir gizli gündəmi yoxdur. YPG-nin PKK terror təşkilatının Suriyadakı qolu olması NATO üzvü olan ölkələr üçün sirr deyil. Bu ölkələr DEAŞ terror təşkilatını məğlub etmək məqsədilə başqa bir terror qruplaşması olan YPG/PKK-nın dəstəklənməsinin bölgə üçün ağır nəticələrə səbəb olacağını başa düşməlidirlər.”
Digər Xəbərlər
20 Aprel 2024 12:01
ABŞ-də ilk: Bayden istehsal olunan uranın miqdarını AÇIQLADI
20 Aprel 2024 10:43Türkiyədə bir gün əvvəl baş verən zəlzələ iri çat yaratdı: Qorxulu görüntülər - VİDEO
20 Aprel 2024 09:37İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
20 Aprel 2024 09:21Quterreşdən Azərbaycan və Ermənistana çağırış
20 Aprel 2024 09:10