adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Dekabr 2019 12:18
31396
ƏDƏBİYYAT
A- A+

“Yusif Səmədoğlu kimi soruşursa, deməli o, böyük adamdı, ondan nigaran idi...”

Yazıçı Seyran Səxavətin bir vaxt "Ulduz” jurnalında baş redaktoru olmuş Xalq yazıçısı Yusif Səmədoğlu haqqında bu il çapdan çıxan "Kenquru” povest və hekayələr kitabı oxucular tərəfindən də maraqla qarşılanıb. Kitabda S.Səxavət iş yoldaşı şair Zakir Fəxriylə aralarında baş verən mübahisələrdən də yazıb.

S.Səxavət Moderator.az-a açıqlamasında kitabın yazılmasını Y.Səmədoğlu qarşısında özünün bir borcu olduğunu bildirib:

"Mən kitabda həqiqətləri yazmışam. Zakir Fəxriylə bağlı yazdıqlarım da bu sıradandır. O, bizim son dərəcə istəkli, gözəl və möhtəşəm şairdi. Y.Səmədoğlu Zakiri çox istəyirdi, ona görə də "Kenquru” hekayəsində də onu soruşurdu. Bir sözlə, Yusif müəllim kimi soruşursa, deməli o, böyük adamdı, ondan nigaran idi. Biz təxminən on ilə qədər "Ulduz” jurnalında bir yerdə işləmişik”.

Şair Zakir Fəxri də saytımıza açıqlamasında yazılarla tanış olmasa da, hadisələrin xatirində olduğunu dedi:

"Seyran ensiklopedik bir yazıçıdır. O, bütün hadisələri görən bir adamdır. Təsəvvür edin ki, Seyran Səxavət o vaxt Qədir Rüstəmovdan bir müsahibə almışdı onda "Ulduz” jurnalı əl-əl gəzirdi. Bu yeni bir baxış idi, azad sözün işlədilməsinin publisistikada mənə elə gəlir ki, Seyran təməlin qoydu. "Ulduz” jurnalında gözəl bir kollektivimiz var idi və inanmıram ki, indi ilə münasibətlər olsun. Fikir mübadiləsi, gündəlik mübahisələr, əsərlərə dəyər vermək baxımından jurnal daha maraqlı idi. Y.Səmədoğluyla biz çox yaxın olmuşuq və bu münasibətləri İntiqam Qasımzadə daha yaxşı bilirdi”.