adalet.az header logo
  • Bakı 11°C
02 Dekabr 2019 11:51
43270
ŞOU-BİZNES
A- A+

Roza Zərgərli: ”Elzanın “fiqureyi” 105/90/100-dür...Aygün isə..”

"Elzanın bədən ölçüləri 105/90/100. Çünki onun "fiqureyi” (red: bədən ölçüləri) yoxdur axı ".

Adalet.az xəbər verir ki, bu sözlər müğənni Roza Zərgərli məxsusdu. O, "ATV Maqazin 10larla” verilişinin "33 sual” rubrikasında müğənni Elza Seyidcahana qarşı bir sıra iddialar səsləndirib:

"Elza Seyidcahan və Sevil, Sevinc əkiz bacılarına görə xərcə düşmüşəm. Bir-birimizə əl tutmuşuq. Tərtərdəkihərbi hissələrin birində keçirilən konsert proqramında mən də var idim, Elza da. Hamımız gözəl gün keçirtdik, sonra da hamıya qonaqlıq verdim. Elza da orada iştirak etdi. Gözəl şəkildə də ayrıldıq. Münasibət isə əla idi. Üç gün ağız-ağıza öpüşdüyümüz, yeyib-içdiyimiz adam çıxıb efirdə elə şeylər danışmamalı idi. Əgər sən əməliyyata görə mənə söz atırsansa, "duxun” da çatmaz ki o qədər pul verəsən. Hətta sadə bir "liposaksiyaya”. Məni 20 ildən çoxdur ki, tanıyırsan və ətrafımızda hamı bilir ki "Allah nə yaradıbsa, elə odur”. Bəziləri var, Roza olmaq üçün baldırlarına piyi doldurur. Üç-altı aydan sonra həmin piy əriyir, yenə də qayıdırlar öz əvvəlki hallarına”.

O, "Elzanı tanımayan, özünü tanımır” ifadəsini işlədən Seyidcahanın bacısı Rasiməni də cavabsız buraxmayıb:

"O gün gördüm ki, Elzanın bacısı Rasimə haqqımda danışıb, söz atırdı mənə. Zamanında Elza Türkiyədə qalanda bacısı Rasimə yanında yox idi ki, onun yerinə danışsın. Roza var idi Elzanın yanında. Halbuki Rozanı real həyatda heç iki dəfə görməmişdi. Sadəcə bilirdi ki, Roza heç kəsi darda qoymur. Heç mənlə tanış deyil idi, zəng edib bir şey xahiş etdi. Mən də onu həmin şeylə təmin etdim ki, o vətənə geri dönə bilsin. Elza kimi yüz dənə müğənnini susuz yola salaram. Şeir yazmaqla deyil. O şeirlər heç kimə lazım deyil. Elza Seyidcahan və bacısı Rasimə daxil olmaqla hər qadın öz yerini bilməlidir”.

"Ən çox sevgilisi olan müğənni kimdir ?” kimdir sualınaisə Zərgərlidən iddialı açıqlama gəlib: "Aygün Kazımovanıçox adam sevir. Hər bir adam istəyər ki, onunla sevgili olsun. Çox istərdim ki, Aygün Filippə ərə getsin. Bunu o vaxtdan istəyirdim, sadəcə meyxanaçı Namiq Qaraçuxurlu var idi deyə, susurdum. Yaxşı ki o çıxıb, getdi. Namiq olanda adam dilinə gətirə bilmirdi. Aygünlə Filippi bir-birinə çox yaraşdırıram. Hətta eyni kosmosun adamlarıdır. Əgər mən keşiş olsaydım, Aygünlə Filippi evləndirərdim”.

"İlhamə Quliyevanın taxtına otursaydım, hansı müğənniyə əlini öpdürərdin?” sualı isə Rozanıəsəbləşdirsə də, verdiyi cavabla özünü sakitləşdirməyə çalışıb:

"Oturmazdım, öpdürməzdim. Amma İlhamə Quliyeva mənim yanımda toya gedərdi. Kişilər qadınların əllərini öpməlidir. Bu kübarlıq əlamətidir”.

Sənətçiyə növbəti ünavanlanan sual isə "Nə qədər pul versələr, Sevil və Sevinc Səfərova bacıları iləbarışarsınız” olub. Müğənni verdiyi cavabla şou-biznesin əkiz bacıları haqqında sərt mövqedə olduğunu bir daha üzə çıxarıb:

"Heç nə qədər. Mənim əlimdən çıxıblar və xasiyyətimə çox yaxşı bələddirlər. Heç zaman onları"bacılar” və "qızlar” deyə çağırmamışam. Onlar hər zaman mənim üçün Sevalar olub. Çünki mənim də əkiz tayım var. Əkizləri də yanıma götürməyimin səbəbi bu olub. Bacım rəhmətə gedib, onun əziz xatirəsi üçün etmişəm. O əziz xatirəni bu cür dəyərləndirdikləri üçün dünyanın heç bir mal-mülkü, varı-dövləti onlarla məni barışdıra bilməz”.

"Abbas Bağırov, yoxsa Nadir Qafarzadə” sualı da xanım məşhuru dilləndirib:

"Təbii ki Nadir Qafarzadə. Mən zəif kişiləri sevmirəm”.


Əntiqə Rəşid