Lavrov Bakıda Qarabağı müzakirə edəcək
Bu gün Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıya iki günlük rəsmi səfəri başlayır.
TASS xəbər verir ki, səfərin proqramında Rusiyanın XİN rəhbərinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü və Xarici İşlər naziri Elmar Məmmədyarovla danışıqları nəzərdə tutulub.
"Xarici İşlər naziri Elmar Məmmədyarovla danışıqlar zamanı ikitərəfli əməkdaşlığın əsas məsələlərinin müzakirə olunması planlaşdırılır.
Beynəlxalq və regional məsələlər, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair fikir mübadiləsi aparılacaq”, - Rusiya XİN-dən bildirilib.
Nazirliktərəflərin Rusiya və Azərbaycanın xarici işlər orqanlarının 2020-ci il üçün konsultasiya planını da imzalamağı planlaşdırdığını qeyd edib.
Digər Xəbərlər
29 Mart 2024 14:00
“Crocus”dakı terrorun ardınca: Milli Məclisin xüsusi iclasının çağırılması təklif edildi
29 Mart 2024 12:30Moskvada 3-cü ən dəhşətli metro terrorundan 14 il keçir - Hədəfdə Rusiyanın günahları?
29 Mart 2024 11:15Spiker İsveç səfərindən DANIŞDI
29 Mart 2024 11:01Milli Məclisin iclası başladı: 21 məsələ müzakirə olunacaq
28 Mart 2024 20:51