adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 Dekabr 2019 10:49
15600
HADİSƏ
A- A+

Bakıda tələbə qız ölümlə təhdid edildi

Bakıda iranlı tələbə ölümlə təhdid edilib.

Adalet.az xəbər verir ki, 2000-ci il təvəllüdlü Hanifehzadeh Helia Nadir qızı polisə müraciət edərək bildirib ki, onun həyatı təhlükədədir.

Noyabrın 29-da paytaxtın Səbail rayonu, A.Zeynallı küçəsi 3 saylı ünvanın qarşısında tanışı, 1978-ci il təvəllüdlü Rəhimov Ülvi Sübhan oğlu H. Hanifehzadehi ölümlə hədələyib.

Qeyd edək ki, H. Hanifehzadeh İran vətəndaşıdır. O, Azərbaycan Tibb Universitetinin ikinci kurs tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.