adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Dekabr 2019 10:28
30215
ŞOU-BİZNES
A- A+

Azərbaycan tamaşaçısına kələk gələn cütlük...

Uzun müddət şou-biznes gündəmini məşğul edən S”əmədlə Sevdanın qalmaqalı” əslində bir şou imiş.

Adalet.az xəbər verir ki, xalq artisti Səməd Səmədov keçmiş duet ortağı Sevda Əliqızı ilə qalmaqalından bəhs edib. Belə ki, sənətçi "Səhər-səhər" verilişində xanım müğənni ilə aralarındakı qalmaqalın şou olduğunu deyib:

"Doğru qalmaqal deyildi. Bir şou idi, etdik. Münasibətimiz yaxşıdır. Ailəvi dosluq edirik. Aramızda heç bir problem yoxdur".

İllər əvvəl baş vermiş "qalmaqalı”n "məzmun”unu oxucularımıza xatırladırıq:

"Müğənni xalq artistindən ayrılmasının əsl səbəbini açıqlayıb:

"Səməd Bodruma baldızının oğlunun toyuna gedəndə məni dəvət etmədi, amma yeni duet ortağı olan gənc qız Şəbnəm Aslanqızı və ansamblını özü ilə apardı. O gündən artıq fikirləşdim ki, deyəsən, mən bu ansambldan çıxmalıyam. Onunla barışmaq söhbəti ola bilməz. Mənə jest edib gül də göndərmişdi. Amma mən belə şeyləri sevmirəm. Məni incidən odur ki, Səməd ayrılmağımızla bağlı xəbəri özü demədi, prodüseri Rövşən vasitəsilə mənə çatdırdı”.

Aparıcı Vüsalə Kərimovanın "Siz türkiyəli iş adamı ilə ailə qurmuşdunuz, sonra ayrıldınız” sualına isə belə cavab verib:

"Mən ailə qurmamışdım. Düzdür, fikrim var idi, amma alınmadı. Bu xəbəri də ictimaiyyətə Səmədlə Rövşən açıqlamışdı, mən yox”.

Efirə telefonla bağlanan Səməd Səmədov isə Sevda Əliqızının yalan danışdığını deyib:

"O, keçən il ərə gedib. Ona mən xeyir-dua vermişəm. Həyat yoldaşı ilə toya da gedib”.

Xalq artistinin bu sözlərindən əsəbləşən S.Əliqızı "Sən kimsən ki, mənə xeyir-dua verirsən? Mənim anam, oğlum var. Sənin mənim ailəmlə işin olmasın. Yavaş-yavaş çaşırsan. Mən səninlə qurtarmışam. Arxadan atılan daş topuğa dəyər. Mənim sənə hörmətim də yoxdur”, - deyə sərt şəkildə cavab verib”.

Düzü, xalq artistinin bu açıqlamasına xanım müğənninin münasibətini hələlik aydınlıq gətirə bilmədik. Hər halda söhbət bir yalandan getdiyi üçün Sevda Əliqızının da mütləq münasibət bildirəcəyinə əminik.

Əziz oxucularımız, belə birisini övladının toyuna çağırıb 3-5 mininizdən keçirsinizsə. Oda sizə yalan danışıb, şou sərgiləməkdən yorulmayacaq. Sonunda bir xalq artistinin yalan mövzu ilə şou yaratdığının fərqində oldunuz! İndi siz deyin, "Onu bağışlamaq olarmı?”

Əntiqə Rəşid