adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Noyabr 2019 15:46
18754
HADİSƏ
A- A+

Ağcabədidə iki maşın toqquşdu, iki nəfər diri-diri yandı


Ağcabədi rayonunun Avşar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 29-da saat 8 radələrində Ağcabədi rayonunun Avşar kəndi ərazisində rayon sakinləri O.Məmmədovun idarə etdiyi "VAZ-2107” və Hüseyn Dədəkişiyevin idarə etdiyi "VAZ-21099” markalı avtomobillər toqquşub, zərbədən sonuncu nəqliyyat vasitəsi yolun kənarındakı ağaca dəyərək yanmışdır. Nəticədə H.Dədəkişiyev və sərnişini, həyat yoldaşı Güllü ölüb, O.Məmmədov xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.