Əbülfət MƏDƏTOĞLU: SƏNDƏ MƏNSİZLİK...

ƏBÜLFƏT MƏDƏTOĞLU
52840 | 2019-12-03 10:21

Bəli, bütünyazıların bir süjet xətti olur. Və bu süjet xətti əslində həm məram, həm də məqsəddi.Yəni bu yazı hansısa mərama, məqsədə xidmət edir. Və müəllif olaraq da hər kəso məramı, o məqsdi bir xətt üzrə inkişaf etdirir. O yerə qədər ki öz istəyinəçatır. Elə ki,sadə bir şəkildə desək, meyvə yetişdi, onda mövzu da bitir. Yənisüjet xətti başa çatır. Bax, bu mənada mən iki-üç gün idi ki, içimdə gəzdirdiyimbir yazını sözə çevirməyə, kağıza köçürməyə cəhd edirdimm. Çox qəribədir ki, mənümumiyyətlə yazıya tapındığım gündənindiyə qədər ilk dəfədir ki, içimdəki yazını ifadə etməyə tərəddüd hisslərikeçirməklə yanaşı, həm də bir az da ehtiyat edirəm. Çünki son vaxtlar anlamaq dərdiyaman problemə çevrilib. Sənin barmaqlarını bir-bir qatlayıb saydığın məqamı bəzənelə görür və yaxud elə göstərirlər ki, orda barmaqdan və saydan əsər-əlamətolmur, özün də qalırsan baxa-baxa. Heyrətin elə bir həddə gəlib çatır ki,şeytanın yeddi arxa dönəninə elə həmin o yeddi qat sözlərdən deməkdən özünüsaxlaya bilmirsən. Və bur yerdə Əlini dizinə çırpmaq da bir işə yaramır. Nə isə...

İndi təkcəsiyasi müstəvidə deyil, bütövlükdə həyatımızda baş verənlər ardıcıl suallardoğurur. Elə suallar ki, biz onun hər birinə cavab verməyə məcburuq. Osuallardan biri də insanın düşüncəsilə, duyğularıyla, xəyalları, arzuları, həttayuxularıyla bağlıdır. Yəni səndənsoruşurlar və yaxud da özün-özündən soruşursan ki, bu nə arzuydu? Hardan gəlibdoldu qəlbimə, fikrimə? Bu nə xəyal idi, bu nə yuxu idi?.. Arzu demişkən, biz hələkiçik yaşlarımızdan arzuların qanadında böyümüşük. Yuxularımız da, xəyallarımızda ilk şirəsini, ilk təkanını, ilk dəstəyini elə arzulardan alıbdı. Bizböyüdükcə ardınca qaçdığımız həmin arzular bizdən uzaqlaşıb, bizi tinlərdə, küçələrdəqoyub gedib. Mən inana bilmirəm ki, kimsə arzularına qovuşmuş olsun. Ona görəki, arzudan arzu dünyaya gəlir. Və beləcə, silsilə davam edib. Arzular çoxalıb,bizim əlimiz də ətəkdə qalıbdı, ya da boşda. Nə isə...

Hə, mən bütünbunların yozumunu ona görə belə qabardıram ki, içimdə qarılyan, qocalan, həttaölən arzularımla çox baş-başa qalıram, çox həmsöhbət oluram. Və bir də baxıbgörürəm ki, gün öldürmüşəm, zamanitirmişəm. Necə deyərlər, əlim qana batıb, qatil olmuşam. Özü də arzu qatili. Vəelə həmin arzular da mənim günahlarıma çevrilib. Gerçək həyatımda da, xəyalalrımdada, yuxularımda da. Amma şükürlər olsun ki, yorulmamışam, doymamışam. Oarzuları çözməkdə, o arzuların ardınca getmıəkdə israrlı omuşam. Bu gün də həminprinsipimə sadiqəm. Necə deyərlər, yolumu, səmtimi dəyişmirəm, gedirəm o yolla.Çünki o yol sənə doğru gəlir. Sən olan hər yerin mənə nələri yaşatdığını, nələridiqtə etdiyini özün məndən yaxşı bilirsən. Ona görə də:

Həmsöhbətim,

dinləyənim

və gözlərimə

baxa-baxa

susanın -

dörd divar

bir də

kiprikdən

qopmaq istəməyən

bir gilə yaş...

Adamlarla

danışmağı,

görüşməyi –

fikirləri

bölüşməyi

hətta bunu

düşünməyi

unudur

və unudur

sənin olan

ürəyim

yavaş-yavaş...

Öldürdüyün günlərə

söndürdüyüm içimə...

halsız durumla,

solğun baxışla

baxıb...

İnandığı dinə

and verirəm səni

ruhum,

demə və nə dəincimə -

belə olmayaydıkaş...

***

İnsan özünü nə qədərkənara çəkmək istəsə də, hamıdan, hər kəsdən təcrid olmağa cəhd göstərsə də, buistədiyi səviyyədə alınmır. Çünki müasir texnologiya adamı addımbaşı izləyir. On görə dətelefonu söndürüb bir kənara atmaq, televizorun ekranını nəyəsə bükmək və yaxudkompüteri göz önündən götürüb harasa kənar bir yerə qoymaq bəlkə də mümkündür.Lakin o təkliyin içərisində xatırlatdıqların, pəncərəndən içəriyə dolan səslərvə bir də sənin əlini uzatdığın nəsnələr içində nəyisə oyadır. Həmin o oyanmada səni təkliyindən bir anlıq da olsa çıxarır. Onda hiss edirsən ki, Allah səniözünə qapanmağa, tərkidünya olmağa qoymur. O yerə qədər ki, ora sondu, ordan oyana yoxdu. Və mən də ordan o yananı çox düşünmüşəm, gözümün önündə çoxcanlandırmışam. Sadəcə, gördüyüm xəyallarımın əksi olub. Boşluq və bu boşluğuniçindəki harmoniya. Mən həmin o dediyim mənzərəni son kimi qəbul etsəm də,Tanrıya inancım bu sonluğun bir işıq zərrəsinə də bələndiyini mənə andırır. Təbiiki, bu da mənim həmin o sona olan münasibətimin formalaşmasında öz sözünüdeyir. Doğrudur, dərindən düşünəndə, bu sonluğa hansı münasibətin hansı formadaolmasından asılı olmayaraq, o qaçılmazdır. Deməli, lap dünyanın hansı ucundaolursan ol, o son mütləq qapını döyür və...

Adətən öz düşüncələrimintəsiri altına düşəndə yaxa qurtarmaq, özümə qayıtmaq istəyimi köhnə yazılarımabaxmaqla bərpa edirəm. Onlar mənə bir növü ipucu olurlar. Və mən həmin oyazıların hansısa bir sözündən, cümləsindən yapışıb qurtulmağa çalışıramdüşdüyüm dərinlikdən. Bax, bütün bunlar indiki anda mənə elə bil ki, bir içimsu, bir udum havadır. Ona görə də sağdan, soldan mövzumu toparlamağa, istiqamətləndirməyəcəhd edirəm. Ta ki, həmin o məqamı tapıb əlimdə cilovlayana qədər. Axır ki, deyəsənməqsədimə yetişdim. Yəni istədiyim məram budur ki, inancımla yanaşı, inamımı da ifadə edə bilim.Bu yazını oxuyan hər kəs bilsin ki, mən nəyi və niyə qabardıram. Deməli, hər bəndəüçün təbii ki, inancından asılı olaraq müqəddəs ünvan var. Və hər bəndə də oünvanı ziyarət etmək, ona nəzir-niyazını çatdırmaq məramını bu və ya digərformada ifadə edir. Bu, onun haqqıdır və mən də hər kəsin haqqına sayğıylayanaşmaqla, öz haqqımı da unutmamağa cəhd göstərirəm. Belə ki, insan inancınınqulu olmamalıdır. İnanc ünvanı bütləşəndə mənə görə, o öz ilkin mahiyyətinixeyli itirir. Necə deyərlər, erroziyaya məruz qalır. Bax, bu mənada dünyadahamımızı birmənalı şəkildə inancımız olan Tanrı bizi ağılla, ürəklə, məntiqləyaşamağa və gerçək, haqq olanlara üz tutmağa istiqamətləndirir. Yəni bir az daaçıq desəm, şüurumuz, dərrakəmiz bizi digər canlılardan fərqləndirib. Bu da odeməkdir ki, biz fanat yox, normal, sivil inanc sahibi olaq. Onda ən müqəddəsünvan belə öz mahiyyətində qalacaq. Çünki bizim ona inancımız ağıl və ürəklədir.Mən apardığım müşahidələr zamanı əmin olmuşam ki, yalançı, şişirdilmiş, bəzən həddindənartıq, özü də pafoslu şəkildə nümayiş olunan inanc ifadəsi tam, dürüst sevgi vəsəmimiyyətə söykənmir. Onun arxasında hansısa maraqlar dayanır. Zənnimcə,arxasında maraq dayanan sevgi heç vaxt öz saflığını, əbədiliyini qoruya bilmir.Yəni Məcnun sevgisinə çevrilmir. Məhz bu anlamda mənim sənə olan sevgim hərgün, hər saat, hər an dilimdə, varlığımda təkrarlanmaqla özünə pafos hopdurmur,təmtəraqlı, haylı-küylü görünmür. Çünki o, səmimiyyətə və ürəyə söykənir. Mən dəbelə məqamda birmənalı şəkildə bəyan edirəm ki:

Tükənir,

azalır,

üzülür –

bütün bunlar,

adi sayılsa da

amma hər kəsüçün

bir ömürpayıdır...

Bizdən xəbərsiz

bəzən oxşar,

bəzən təkrar,

bəzən də bənzərsiz

bir xatirə

hardasa

sapa düzülür –

bu da barmaqsayıdı...

Deməli,

tükənən,

azalan

və üzülən

ömür payında

hər cür biçimdə,

barmaqsayı

xatirə varsa,

onda

kədərdən

qorxmağa dəyməz–

kədərinhay-hayıdı!..

Dünyanın mənyaşayan üzündə heç vaxt qovmadığım, heç vaxt qaçırmadığım bir istək var. Mən oistəyi reallığa çevirmək üçün gecı-gündüz bilmədən, zamanın fərqinə varmadan həmiçimdə, həm sözümdə mübarizı aparmışam və bu gün də aparıram. Bu mənim üçün"olum-ölüm!” qədər zəruri bir həyat ehtiyacıdı. Çünki mən özümü onda tapmışam vəözümü həm də ona həsr etmişəm. Özümü tapdığım və həsr etdiyim gerçəyə üzümütutaraq müxtəlif formada poetik duyğular dilə gətirmişəm. Onlardan birindədemişəm ki:

Sənə kim demişdi,

bu taleyi seç...

İndi ki seçmisən–

acısını çək!..

Mənim uduzduğum

olmamışdı heç –

Sevirəm! – deməyə-

gecikdiyim tək!..

Yəqin ki, buşeir parçası sizə mənim nəyə istinad etdiyimi, nəyi qabartmağa çalışdığımı birnövü açıb göstərdi. Həmin o bəlli olan vəsizin gördüyünüz gerçəklik də bütün parametrləri və cizgilərilə mənim sevgim deməkdir. O sevginin bütün mahiyyəti mənimözümü səndə tapmağım, həm də səndə yaşamağımdı. Bax, bu inancdan çıxış edərək hərdəfə özüm-özümə yüklənib sızıltı çəkən ürəyimi sakitləşdirməyə nəsə bir söz,bir ipucu, bir fürsət axtarıram. Neynəyim ki, bu istəyim də sənin yanında olmaqistəyim kimi ancaq arzu olub və arzu kimi də qalıb. İnadım həmin o arzu kimiqalan istəyin qapısını döyə-döyə misraalnır, şeirləşir və:

Bilirəm

sənə çətindi,

sənə

çətin olduğundan

min dəfə artıq

mənə...

Axı...

sən məndən,

yəni

sevgimdənyorulursan...

Mən isə,

sənsizliyimdən...

Bilirəm,

sənə

pozulmuş dinclik,

tez-tez təkrarlanan

inciklik...

mənə isə

onlardan daartıq

dözülməzdi

göz dağı çəkmək-

baxışlarında

artan

soyuğun dibində

çökmək...

Bilirəm,

fərqlidi

bu sevgiyəyanaşma

qoy

dualarımı edim,

sən dinlə,danışma

və mən yetim

qurtarım səni

səndəki

mənsizlikdən...

Bilirəm,

sonda

sal buzolacaqsan –

bıçaq kimi kəsən...

bax onda

yapışacaq mənə

hər nə düsən

və mən

qovulacam,

qaçqın düşəcəm

gileyləndiyim

həsrətdən də betər

sənsizliyimdən...

bütünlüklə

Vətənsizliyimdən...

Hə, dünyanın ənböyük grçəyi olmaq və olduğun kimi görünmkdi! Nə edim ki, olmağım və olduğumkimi görünməyim səndə öz təsdiqini tapmır. Lakin bu, məni qorxutmur. Çünki mənimistəyim, yəni sevgim və bir daha yəni, səndə olduğum və olmağım özünün təsdiqinielə sənin özündə də haçansa tapacaq!..


TƏQVİM / ARXİV