adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
29 Noyabr 2019 15:18
31852
ŞOU-BİZNES
A- A+

Sevqilisi aktrisa Pərvin Abıyevadan ayrıldımı?

Aktrisa Pərvin Abıyeva ilə görüntüləri yayılan və ötən gün işdən çıxarılan polis sevgilisi Murad Abdullayevlə bağlı daha bir iddia ortaya atılıb.

Adalet.az-ın məlumatına görə, Abdullayev uzun müddətdir sevgili olduğu Pərvinlə münasibətinə nöqtə qoyub. Ehtimal olunur ki, polis leytenantı bu qərara müzakirələrə səbəb olan videosu yayıldıqdan və bunun nəticəsində vəzifəsindən azad edildikdən sonra gəlib.

Aktrisa da iddialarla bağlı sosial şəbəkədə eyhamlı paylaşım edib. O, əvvəlcə video yayımlayaraq barmaqlarını birləşdirib və "Ata ilə ana dünyasını dəyişir və ayrılır. Bacı-qardaş da ailə qurur ayrılır. Övladlar da böyüyür, ailə qurur və ayrılırlar. Amma ər və arvad ayrılmır" sözlərini deyib.

Əntiqə Rəşid