adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Noyabr 2019 15:13
29781
GÜNDƏM
A- A+

Aqil ABBAS: İCTİMAİ TELEVİZİYAYA TƏŞƏKKÜRLƏR

Son zamanlar İctimai Televiziya həqiqətən ictimaiyyətin televiziyasına çevrilib. Bir çox yeniliklərə imza atılıb. Televiziyanın rəhbərliyi və kollektivi çox ağır bir yükü qaldıra bilib.

İctimaiyyətin maraqlandığı məsələlər televiziyanın gündəmindən düşmür. Bir-birindən maraqlı verilişlər, proqramlar efirə gedir.

Bunlardan biri də «Sabaha saxlamayaq» verilişidir. Gündəlik, özü də canlı və həm də çox ciddi, insanları düşündürən problemləri müzakirəyə çıxarmaq çox böyük bir məsuliyyət və eləcə də qabiliyyət tələb edir.

Proqramın redaktoru Naibə xanım və aparıcısı Vüsalə xanım üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlirlər.

Xüsusilə ayın 28-də efirə gedən müharibədə iştirak edən qadınlarla bağlı veriliş ictimaiyyət tərəfindən çox maraqla qarşılandı.

Verilişə dəvət olunan həm müharibə iştirakçısı olan qadın qazilər, həm qazi Rey Kərimoğlu, eləcə də millət vəkili Fazil Mustafa və tanınmış jurnalist Qabil Abbasoğlu çox dəqiq seçilmişdilər.

Xalq bir daha Azərbaycan qadınlarının müharibədə göstərdikləri şücaətin şahidi oldular. Müharibədə ana-bacılarımızın xidmətlərini bəzi ağzıgöyçəklər də bir daha gördü, bildi və təbii ki, həm də utandılar.

Verilişi araya-ərsəyə gətirənlərə də, İctimai Televiziyanın rəhbərliyinə də təşəkkürümüzü bildiririk.

Türklər demiş, yola davam.

Aqil ABBAS,

Millət vəkili, yazıçı