adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Noyabr 2019 14:24
19524
GÜNDƏM
A- A+

Turizmdə yeni subsidiya mexanizmlərinin tətbiqi gözlənilir

Azərbaycanda sənaye subyektləri üçün yeni subsidiya mexanizmlərinin tətbiqi ilə bağlı müvafiq dövlət qurumları ilə yaxından iş aparılır.

Adalet.az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Azərbaycan Turizm Sammitində çıxış zamanı deyib.

Onun sözlərinə görə, gələn ilin ilk yarısında yeni subsidiya mexanizmlərinin tətbiqi ilə bağlı işlər görüləcək: "Fərqli sahələr üzrə - hava nəqliyyatı, turizmin dəstəklənməsi və digər müxtəlif istiqamətlərdə subsidiya mexanizmlərinin tətbiqini planlaşdırırıq. Bununla turizm sənayesini stimullaşdırmağa çalışırıq".