Faiq QİSMƏTOĞLU: QALXIN, ƏSGƏR GƏLİR!

FAİQ QİSMƏTOĞLU
56036 | 2019-11-30 11:05

... Dünyanın çoxyerində əsgərə böyük sevgi və böyük məhəbbət var. Və bu sevgi və məhəbbət olanyerdə o ölkənin, o dövlətin, o xalqın həmişə gələcəyi olub. Ən azından dövlət vəxalq öz əsgərinə, öz ordusuna güvənib. Ordu və əsgər olan yerdə xalqın və millətintəhlükəsizliyi təmin edilib...

... Əsgər varsa,deməli, o xalqın, o millətin sabahı da var. Və əsgərsiz sabah o deməkdir ki, həmindövlətin mövcudluğu və gələcəyi qaranlıq içindədir. Əsgər doğrudan da özxalqına, öz millətinə sadiq olan çox böyük gücdür, qüvvədir.

Hətta ölkəbaşçıları digər məmləkətlərə səfər edərkən onu qarşılayan əsgərləri, yənixüsusi qvardiyanın üzvlərini salamlayaraq: "Salam, əsgər!” – deyir. Və təbiiki, əsgərlər də o salamı bir ağızdan alaraq gələn dövlət başçısına özehtiramlarını bildirirlər...

... Bayaq dedikaxı, əsgər böyük qüvvədir. O bizi necə qoruyursa, biz də onu qorumalı və sevməliyik.Amma qoruya və sevə bilirikmi? Bax, bu suala birmənalı cavab vermək olmaz...

... Bir dəfəavtobusda pul verməyib düşən əsgərin dalınca sürücü söyləndi. Özümü saxlayabilməyib ona yaxınlaşdım və dedim ki, necə olur Sovet hökumətinin vaxtında rus əsgərininqarşısında baş əyirdiniz, pul götürmürdünüz, amma indi Azərbaycan əsgərinindalınca ağzına gələni danışırsan?! O pulu mən dörd-beş dəfə artığıyla sənə ödəyirəm.Bu sözü deyib pulu artıqlamasıyla ödədim. O da tay bir söz deməyib ağzınımumladı. Avtobusun salonundakılar isə sürücünü yaş yuyub qara sərdilər. Vədüşündüm ki, nə yaxşı bu xalqın çoxu Azərbaycan əsgərinə sevməyi və qiymət verməyi bacarır...

Hər hansı məhkəməprosesi başlayanda hakim salona daxil olan kimi yanındakı şəxslərdən biri deyir:"Qalxın, məhkəmə gəlir!”. İndi bu sözü həm də belə işlətmək lazımdır: "Qalxın,Azərbaycan əsgəri gəlir!”. Bu əsgərin paltarından Azərbaycanın ətri, qoxusuhiss olunur... Bu əsgərin yerişində, hərəkətində vətənin bütün gücü duyulur...Bu əsgərin gülüşündə vətənin və körpələrin təbəssümü görünür... Əgər Azərbaycanəsgərinin paltarından vətən qoxusu, körpə təbəssümü, istək və sevgi səpələnirsə,biz onları niyə sevgiylə qarşılamamalı, əzizləməməliyik?

Böyük yazıçı İsaMuğannanın (Hüseynovun) "Tütək səsi” əsərində və filmində əsgərlə bağlı çox dəyərlidetallar və elementlər var. Və hamıgözünü bu əsgərlərə dikib ki, onlar faşistlərlə döyüşüb qalib gələcək, vətəniyağılardan xilas edəcək. O ev yoxmuş ki, ordan cəbhəyə əsgər getməsin. QılıncQurban da, əsgər Rəhmanın atası ağsaqqal da (xalq artisti MəmmədrzaŞeyxzamanov) bu əsgərlərlə nəfəs alır. Və o kəndə əsgərdən çox onların ölümüyləbağlı "qara kağız” gəlir. Qapıları, evləri "qara kağız” döyəndə ağlaşma, şivənqopur. Ağsaqqalın oğlu Rəhmandan da bir xəbər çıxmır. Xəbər çıxır ey, "qarakağız” gəlir. Amma ağsaqqal bu "qara kağıza” inanmır. Rəhmanın sazını götürübaxırıncı dəfə çalır. Və camaat da hay salır ki, bəs kəndə əsgər gəlir. Bu xəbərieşidən kimi, qoca, uşaq, arvad, xəstə hamısı kəndin baş yoluna axışır. Hamı eləbilir ki, qayıdan onun oğludu...

Böyük yazıçı İsaMuğanna çox bəşəri bir mövzuya toxunub. Əsgəri olmayan millətin günəşi də zəifolur, havası da, suyu da insana o rahatlığı verə bilmir. Və "Tütək səsi”ndə orahatlığı, o sakitliyi insanlar əsgərin qələbəsiylə tapırlar və sevinirlər...

... Məmləkətimizdə bu gün müharibə şəraitində yaşayır. Torpağımızın 20 faizi erməni faşistləritərəfindən işğal edilib. Elə bu işğalı da dayandıran, xalq və millət yolunda şəhidolan Azərbaycan əsgərləridir. Mən tez-tez doğulub boya-başa çatdığım Füzulirayonuna gedirəm. Nəvələrim Sədaqət və Tunarı götürüb Horadizdəki sərhəd məntəqəsinəyolanıram. Bu əsgərləri görəndə və o əsgərlərlə görüşəndə elə bilirəm dünya mənimdir.

... Nəvələrimonlara baxıb qürur duyurlar. Deyirlər, dədə, ermənilər Horadizə gəlsə, bu əsgərlərbizi qoruyacaqmı? Deyirəm ki, ermənilər Horadizə gəlməmişdən də bu əsgərlərsizi qoruyurlar. Nəvəm hündürboy və paltarından vətən qoxusu gələn əsgərəsığınır. Və əsgər də onun saçını sığallayır, bağrına basır. Tunar da deyir ki,mən də böyüyən kimi belə əsgər olacam, vətənimi qoruyacağam. Bu sözü eşidən əsgəronun alnından öpür və yenidən saçına sığal çəkir...

... Səhhətimlə əlaqədarolaraq tez-tez İrana müalicəyə gedirəm. İnanın, Biləsuvar sərhəd-keçid məntəqəsindəo əsgərləri görəndə ürəyim dağa dönür. Adətən, səhər saat 05:30-da sərhəddikeçirəm. Əsgərlər çox böyük sevgi və məhəbbətlə gedən və gələn insanlarayanaşırlar. Pasportlarımıza baxır, möhür vurub bizə qaytarırlar. Mən də onlaraçatan kimi "sabahınız xeyir!” - deyib salamlayıram. Elə yanımdakılar da həminsevgiylə bu əsgərlərə yanaşırlar. Hiss edirəm ki, Dövlət Sərhəd Xidmətinin növbədəolan əsgərləri də insanların bu isti münasibətindən sevinirlər. Başqa cür dəola bilməz. Biz özümüz əsgərimizi qorumalı və sevməliyik. Və biz özümüzsutkanın 24 saatını sərhədlərimizin keşiyində duran, qar, çovğun, şaxta bilməyən,yayın istisində heç nədən çəkinməyib vətəni qoruyan o əsgərlərə həmişə duaoxumalıyıq. Və deməliyik ki, Azərbaycan əsgəri, Allah səni qorusun!..

... Başqalarınıdeyə bilmərəm, mən hər hansı ölkəyə gedəndə iki-üç gündən artıq qala bilmərəm,darıxıram. Vətəmin üçün darıxıram, doğmalarım üçün darıxıram və ən nəhayət,hava və su kimi ehtiyac duyduğumuz Azərbaycan əsgərini görmək üçün darıxıram.Bir dəfə İstanbulda 9 gün qaldım, onda da ürəyim partlayırdı. Sərhəddə çatankimi ürəyim sakitləşdi, elə birinci o əsgərləri - paltarlarından vətən qoxusu gələngəncləri gördüm. Pasportumu təqdim elədim, möhür vurub özümə qaytardılar.Yanımdakı əsgəri isə öz doğma balam kimi qucaqlayıb öpdüm.

... Buyaxınlarda İrandan qayıdırdım. Onda da sərhəddə Azərbaycan əsgərləri iləgörüşdüm. 

... Onun yanındabaşqa bir əsgər də vardı. Axşam saat bir olsa da, onlar öz postlarında çoxayıq-sayıq idi. Oğlum Emin də, yanımdakı dostum Mənsim də bu şirin söhbətimizəqoşuldu. Və hər iki Azərbaycan əsgərini bağrımıza basıb öpdük. Onları bağrımızabasanda sanki Azərbaycanı bağrımıza basırdıq, sanki vətənimizin ətriniduyurduq. Dövlət Sərhəd Xidmətinin bu cür vətənpərvər, məsuliyyətli əsgərlərinigörüb çox sevindik. İnanın, heç onlardan ayrılmaq istəmirdik...

Bir faktı daqeyd edim ki, Dövlət Gömrük Komitəsinin Biləsuvardakı gömrükxanasında da çoxyüksək nizam-intizam var. Gömrükxananın rəisi Ceyhun İbrahimov haqqında camaatxoş sözlər danışır. Bundan əlavə, həm də biz gördüyümüz hadisələrin şahidiyik.İrana müalicə üçün gedən xəstə insanlara "yaşıl xətt” yaradılıb. Və bu "yaşıl xətdən”həmin insanlar uzun növbələr gözləmədən keçib İrana gedirlər. Biz bu dəfəqayıdanda axşam saat bir idi. Gömrükxananın gənc bir əməkdaşı çox böyük sevgi vəhörmətlə bizi yoxladı və müalicədən qayıtdığımızı biləndə bir qədər də hörmətləyanaşdı. Dedi ki, müəllim, sizin gəlib-getməyiniz üçün heç bir problem yoxdur.Baxıram ki, ziyalı insansınız. Allah sizə də, yanınızdakı övladınıza vədostunuza da şəfa versin!. Sözün düzü, bu gəncin tərbiyəsi və mədəniyyətinəheyran qaldıq. Və sevindim ki, nə yaxşı Dövlət Gömrük Komitəsinin BiləsuvarGömrükxanasının keçid məntəqəsində belə mədəni, savadlı və vətənpərvər gənclərçalışırlar. Buna görə Dövlət GömrükKomitəsinin və Biləsuvar Gömrükxanasının rəhbərliyinə və öz təşəkkürümüzübildiririk.

... Axı Azərbaycanəsgərindən danışırdıq. Və bu gün müstəqil Azərbaycanın müstəqil əsgərini görməkvə onlarla söhbət etmək adama qürur verir. Adama qürur verir ki, səni qoruyan,vətənin hər qarış torpağı uğrunda döyüşən və bu yolda şəhid getməyə hazır olanon minlərlə Azərbaycan əsgəri var...

... Və bu Azərbaycanəsgəri Vətənə, dövlətə və xalqa xidmət edirsə, bəs biz niyə Azərbaycan əsgərinihamılıqla sevməməliyik? Biz Azərbaycan əsgəriniz gözümüzün üstündə saxlamalıyıq,onları xeyrimizdə, şərimizdə yuxarı başda əyləşdirməliyik. Çünki Azərbaycan əsgəribizi gözünün üstündə saxlayır, bizi sevir və bizi qoruyur!..


TƏQVİM / ARXİV