adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Noyabr 2019 12:44
25947
SİYASƏT
A- A+

Parlamentdə spikerlə deputat arasında qalmaqal

Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov ilə millət vəkili Elmira Axundova arasında qalmaqal yaşanıb.

Adalet.az xəbər verir ki, hadisə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında məsələnin müzakirəsi zamanı yaşanıb.

Belə ki, Elmira Axundova çıxışını yekunlaşdırdıqdan sonra bəzi həmkarları müzakirələrin dayandırılmasını tələb ediblər. Bu zaman E.Axundova deyib ki, imkan verin, məsələ müzakirə olunsun.

Spiker Oqtay Əsədov E.Axundovaya irad bildirib: "Özün danışıb, özün idarə etmirsən. İclası sən idarə etmirsən. Burada iclası mən idarə edirəm”.