adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Noyabr 2019 12:39
19223
GÜNDƏM
A- A+

Milli Məclisdə yeni Ombudsman seçilir

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Adalet.az xəbər verir ki, deputatların müzakirəsindən sonra səsvermə nəticəsində yeni Ombudsman seçiləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev Ombudsman vəzifəsinə 3 nəfərin namizədliyini irəli sürüb. Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.