adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Noyabr 2019 11:37
21621
GÜNDƏM
A- A+

Erməni məhsulu, yoxsa təxribat?

Dünən adını açıqlamayan oxucularımızdan biri redaksiyamıza zəng edərək bildirdi ki, Bakıda bir çox mağazalarda ermənilərə məxsus məhsullar satılır və bu uzun müddətdir davam edir:” Bu məsələ ilə bağlı dəqiq bir açıqlama da verən yoxdu deyə çox narahat oluruq”.

Adalet.az-ın əməkdaşı həmin məsələ ilə bağlı araşdırmalara başladı. Araşdırmaların gedişində məlum oldu ki, son günlər sosial şəbəbəkələrdə həyəcanla izlənən xəbərlərdən biri də məhz bu mövzudur.

Məlumatlarda qeyd olunur ki, Kazımzadə küçəsi, Zooparkın yanında yeləşən marketdə"TAN" adlıerməni içkisi (ayran) satılırvə üzərində erməni kilsəsinin şəkili də qeyd edilib.

Alıcılar bununla bağlı marketin rəhərliyinə etirazını bildirsə də, onlar sözügedən məsələyə laqeyd yanaşıblar.

Mağazalar tərəfindən dəqiq məlumat verilmədiyindən və bəzi saytlar da həmin məlumatları dərc etdiyindən əhali arasında tam bir caş-başlıq yaranıb.



Amma araşdırmaların nəticəsində aşkar olundu ki, əslində "Kавказский долгожитель" məhsulları Nalcik şəhərində istehsal olunur. Nalçik isə Rusiyanın cənubunda, Şimali Qafqazda yerləşən Kabardin-Balkar Respublikasının paytaxtıdır. Respublikada Balkarlı Türklər 90 mindən bir qədər artıqdır. Türklər əsasən dağlıq və vadilik bölgələr olan Çerek, Çeğen, Baksan, Malki və Terek ətrafında yaşayırlar. Öz aralarında Mezengi, Bezingil, Hulamlı, Çezimli, Baksamlı kimi qollara ayrılan Balkarlılar müsəlman olub, Türk dil qrupunun Altay qoluna bağlıdırlar. Özlərinə Dağlı "Tavlu” da deyən Balkarlılar İkinci Dünya müharibəsində Stalinin qanlı sürgününə məruz qalmışlar, sürgün illərində minlərlə şəhid vermişlər, 1950-ci illərdə bağışlanılaraq ölkələrinə dönə bilmişdilər.

Əziz oxucular, "Турецкий Айран” ("Turetskiy ayran") sözünü öz məhsullarının üstünə hansı eməni yazar??

İkinci məsələ isə məhsulların üzərində "erməni kilsəsi”nin şəkilinin olmasıdır. Təbii ki, bu şübhələrdə əsassız çıxdı. Çünki, "erməni kilsəsi” sandığınız o etiket Nalçik şəhərini simvolu hesab olunur.

Araşdırdı Əntiqə Rəşid