Əbülfət MƏDƏTOĞLU: ACI BİR TƏBƏSSÜMÜN ŞEİRİ
kədər göy qurşağı tək
kəsib , keçir içimdən...
sıx gözünü ovcuma,
susamışam , içim mən...
gördün ? - bu da belə, bil
dən səpilir telə , bil...
yorulmuşam , elə bil -
qayıdıram biçindən...
bu yol - gedər , gəlməzdi...
kirpiyi nəm silməzdi!
heç kim edə bilməzdi -
sən etdiyin seçimdən!..
ot bitirmir hər yağış
göz oxşamır hər naxış...
bu son, bu da yır - yığış -
nə danışım köçümdən...