adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Noyabr 2019 10:37
40097
MARAQLI
A- A+

Dünyanın donduran məkanları...

Bəzən insanların "naşükürlük” sindiromuna bir anlam vermək çətin olur. Niyə axı adi bir çatışmamazlığa görə etiraz edən, küfürlər yağdırmağa hazır olan bəndələr, çox vaxt Allah tərəfindən doğrudanda sevildiyinin, bəzi toplumlara, xalqlara, dövlətlərə əlçatmaz kimi görünən nemətlərin onlara təmənnasız bəxş edildiyinin fərqində deyillər?

Bu dəfə oxucularımıza fərqində olmadığımız, amma Allah tərəfindən verilən təmənnasız bir nemətimiz haqqında söhbət açmaq istərdim. Azərbaycan yeraltı-yerüstü sərvətləri, təbii gözəllikləri ilə seçilən az saylı ölkələrdəndi. Günəşi, suyu, havası bol məkandı. Amma elə ölkələr var ki, günəşə də, suya da, bəzən havaya da həsrətdirlər.

Rusiya torpaqlarında, Şimal Qütb Dairəsinin 350 kilometr cənubundakı Oymyakon kəndində 1926-ci ildə -71.2 dərəcə, Şimali Yarınmkürəsində ölçülən ən aşağı temperatur olmuşdur.



Bitki mənşəli istehlak məhsullarının yetişmədiyi kənddə, bazar piştaxtaları balıq və ət məhsulları ilə doludur.Bu kənddə bu gün təxminən 500 nəfər adam yaşayır.Evlərin çox soyuq olmasıyla əlaqədar evə su xətti çəkmək qeyri-mümkündür.Bölgədə avtomobillər yalnız qarajlarda işləyəbilir.Qaraj xaricinə çıxan avtomobillər, dayanmadan yollarına davam etmək məcburiyyətindədirlər. Çünki atomobili dayandırılarsa, soyuqdan bir daha işə düşə bilməz.



Rusiyanın Şimal Qütbünə ən yaxın kəndi Oymyakon- Rusca "Donmayan Su" mənasını verir. Bu bölgəyə 1930-cu illərə qədər maral sürülərinin su ehtiyaclarını qarşılamaq üçün enirlərmiş.Ancaq Sovet hökuməti, ölkənin şimal-şərqində dəniz səviyyəsindən 750 metr yüksəklikdə olan, günlərin uzunluğunun qışda üç saat, yayda 21 saat arasında dəyişdiyi bu bölgədə bir insan məskunlaşmasının olmasına qərar verir.Kənddə az çeşidli məhsul satan tək bir baqqal var və hər kəs buradan alver edir. Ancaq yenə də yeməklə bağlı sağlamlıq problemləri yaşamırlar.Elm insanları kəndlilərin sağlamlıq problemi yaşamamasını, maral südündəki qida dəyərlərinin yüksək olması ilə əlaqədar olduğunu düşünürlər.Bu kənddə uşaqlar da soyuğa adət edib. Məktəblər havanın temperatutu -52 dərəcədən aşağı düşdükdə bağlanır.Oymyakon sakinlərinin ən sevdiyi fəaliyyət isə buz tutmuş göldə balıq ovlamaqdır.



Oymyakonda qışda günəş yalnız 3 saat səmada qalır.Sinoptik Burtsev, hava vəziyyəti təxmin etmək üçün hava şarından istifadə edir.Turizm şirkətləri bəzən turistlərin həddindən artıq soyuq hava şərtlərini görmələri üçün Oymyakona ekskursiyalar təşkil edirlər.Yayda bu bölgəyə gələn turistlər sayəsində gəlirini artıran kəndlilər beləcə ətrafdakı şəhərlərdən qış üçün lazım olan ehtiyaclarını qarşılayırlar. Oymyakonda hava şərtləri nə qədər pis olursa olsun kəndlilər burada yaşamaqdan məmnun olduqlarını söyləyir.Oymyakonda ən çətin işlərdən biri ölüləri basdırmaqdır.

Əvvəl donmuş yer isti kömürlə yumuşaldılır, sonra iş maşınlarıyla qazılır. İstiliyin yalnız odun və kömürlə edildiyi kənddə qış mövsümündə tikinti etmək haradasa qeyri-mümkündür. İş maşınları ancaq isti kömürlə isidilərək qazıntı üçün uyğun hala gətirilir.Dünyada bilmədiyimiz elə soyuq yerlər var ki fotoşəkillərinə baxarkən belə adam üşüyür.Haradasa - 60 dərəcə haradasa - 80. "Oralarda yaşamaq olarmı?" deməyin, göründüyü kimi yaşayanlar var ..



Verkhoyansk-şəhərinin istiliyi -49 ° C-dir. Verkhoyansk'ta nəqliyyatın hərəkəti həqiqətən də çətindir. Belə ki, ətrafda heç quru yolu yoxdur. (Edilməsinə gərək də yoxdur, çünki sabahısı gün bel boyu qarla örtülmüş olacaq).Ölkənin Karaqanda şəhərində temperatur - 60 dərəcəyə qədər düşür. Şəhərdə mənzillərin içi belə donur.Səlahiyyətli şəxslər, vətəndaşları lazımlı tədbirləri görülməsindən xəbərdar edərkən, xüsusilə şəhərlərarası səfər etməmələrini vurğulayıblar.

Yer kürəsinin ən soyuq bölgələrindən biri Qrenlandiyadır.1954-ci ilin 9 Yanvar günü, Northice (Şimali buz) Araşdırma Stansiyası -66 ° C temperatur hesabatı verib. Əlbəttə, tədqiqatçılar qaçıb evlərinə getmədilər amma çox narahat bir müddət keçirdikləri sözsüzdür.

Snag-Kanadadakı bu qəsəbədə orta temperatur -30 dərəcədir.Qitənin ən soyuq yeri olan bu qəsəbədə görülən ən aşağı temperatur isə -63 ° C-dir.Snag soyuğu tam mənasıyla yaşayır. Buna ən yaxşı nümunə, havada donan buxar.Buna "frozen breath” deyirlər ki, donmuş nəfəs mənasını verir.

Məncə, mülayim keçən qışımıza da, göydə hər zaman gülümsəyən günəşimizə də, aylarla donmayan suyumuza və havamıza görə Yaradanımıza şükran borcumuz var



Əntiqə Rəşid