Faiq QİSMƏTOĞLU: ZAUR KAMAL, ARİF QULİYEV VƏ...

FAİQ QİSMƏTOĞLU
55956 | 2019-11-27 17:26

... Deyirlər ki,heç bir yaxşılıq itmir. O nə vaxtsa ya sənin özünün, ya balalarının, ya da nəvələrininqarşısına çıxır. Bunu bir daha bu yaxınlarda "Xəzər” TV-də Zaur Kamalınaparıcılıq etdiyi "5/5” proqramında gördüm.Və bir daha inandım ki, hər şey, istər pis olsun, istər yaxşı, nə vaxtsabumeranq kimi sənin özünə qayıdacaq. Allah eləməmiş kimi, pis əməl olsa, budaha dəhşətli və daha acınacaqlı ola bilər...

Mənim ZaurKamalla bir o qədər də tanışlığım yoxdu. Bir dəfə Füzulidən şərqin böyük xanəndəsiAğabala Abdullayevin oğlu Nizami Abdullayevdən gözəl bir süjet hazırlamışdı. Vəo süjetə baxandan sonra da Nizamiyə zəng vurdum, o da dili ağzınasığmaya-sağmaya sevinclə bildirdi ki, Allaha and olsun, dədəmin goru haqqı, overilişə mənim bir qəpik də pulum çıxmayıb. Heç Zaur bir stəkan çayımı da içməyib.Bax, mobil nömrəsini sənə verirəm, ona zəng elə, bir ziyalı kimi danış, həm dəmənim dostum kimi təşəkkür elə. Mən də elə həmin an Zaur Kamalın mobiltelefonuna zəng çaldım, o dəqiqə qaldırdı. Düşündüm ki, yəqin başqaları kimitanımadığı nömrəni açmaz. Amma o, tanımadığı nömrəni açdı və Zaura öz ürək sözlərimiçatdırdım. Dedim ki, çox sağ olun, gedib sərhəd bölgəsində, unudulmuş və yaddançıxmış bir böyük xanəndənin oğlu Nizami Abdullayevi tapmısınız və onunla bağlıçəkiliş eləmisiniz. Zaur Kamal da çox səmimi və sadə bir dildə dedi ki, biz belə istedadlı sənətkarları çıraqla axtarırıq,tapırıq və xalqa təqdim edirik. Burda başqa şey qətiyyən ola bilməz.

Bu günlərdə isəZaur Kamal öz verilişinə 50 il dostluq elədiyim, duz-çörək kəsdiyim xalqartisti, istedadlı aktyor Arif Quliyevi dəvət eləmişdi. Arif Quliyevin istedadıbir yana qalsın, onun ürəyinin təmizliyi və böyüklüyü min insandan birində olabilər. Çünki Arif Quliyev ən şöhrətli, ən hörmətli və ən sevilən vaxtında çoxsadə olub və həmişə də xalqın içinə, xeyrinə-şərinə gedib. 1986-cı ildə, Allahölənlərinizə rəhmət eləsin, atam rəhmətə gedəndə bir də gördüm Füzuli Rayon Məhkəməsininsədri Məmməd Kərimovla və bir aktyor xanımla hakimin maşınında bizim qapıya gəldilər.Bax, onda onun bir daha necə böyük ürəksahibi olduğunun şahidi oldum.

Arif Quliyev birtikə çörəyini, bir stəkan çayını yarı bölməyi bacaran insandı. O, şöhrətli vəhörmətli vaxtında qətiyyən var-dövlət, pul yığmaq haqqında düşünmədi. İstəsəydiötən əsrin 70-80-ci illərində pulu sel kimi qazanardı. Amma o qədər gözü tox,tamahsız adamdı ki, Şərifzadə küçəsində üçotaqlı mənzillə kifayətlənmişdi.Deyirdi ki, mənə heç vaxt təzə mənzil lazım deyil. Elə bir eyvan artırsam, biraz evin orasına-burasına əl gəzdirsəm, bəsimdi! O çox ağrılı-acılı günləryaşadı. Amma bu dərdli vaxtlarında heç bu dərdini də dostlarıyla bölüşmədi.Oğlunu itirdi, çətin duruma düşdü. Həmin vaxtlar cənab prezident ona ev dəbağışlamışdı. Sıxıntılarını dəf eləmək üçün o evi də satdı və uzun müddət də öziçindəki dərdiylə, kədəriylə döyüşməyi bacardı. Ayağa durdu və özü dərdə qalibgəldi. Bir "QAZ-31” vardı, həmişə onu sürürdü. Düz bu yaxınlara qədər həminmaşının sükanı arxasında olub. Yaxın vaxtlarda maşını dəyişib. Çünki o, halal zəhmətəvə düz yolla qazanılan çörəyə arxalanıb.

Bayaq dedim axı,Arif Quliyev bir tikə çörəyini beş-on yerə bölməyi bacaran kişidi. 1979-cu ilidi. "Azərbaycan gəncləri” qəzetində fiziki cəhətdən yeriməkdə çətinlik çəkən vəaxsayan bir qızın məqaləsi çap olunmuşdu. O kömək istəyirdi ki, onun söykənibyeridiyi əsanın rezinlərini tapa bilmir. Arif Quliyev bu məqaləni oxuyan kimi mənimləbirlikdə Bakının apteklərini bir-birinə vurdu. Onda indiki kimi dava-dərmanlarasanlıqla tapılmırdı. Ən azından 30 aptekə baş çəkdik. Axırda o rezinləritapdıq. 12 ədəd rezini bağlamaya yığıb səliqəilə paketləşdirdi və poçta aparıb səhv eləmirəmsə, Zaqatala rayonuna göndərdi.Poçtdan çıxandan sonra Arif Quliyev dedi ki, bax, indi rahat nəfəs ala bilərəm.O əşyaları qıza göndərdim, elə bil çiynimdən ağır yük götürüldü.

Arif Quliyev həyatınçox ağır günlərini yaşayıb. Kimsəsizlər evində böyüyüb. Amma tutduğu yol, çəkdiyizəhmət onu axırda işıqlı bir aləməqovuşdurub. O aləm ki, nə onun atası olub, nə də anası. Elə ona görə dəArif Quliyev harda yetim uşaq görürdü, ürəyinin başı göynəyirdi. Ən azından ouşağın başına sığal çəkər və ona ehtiyacı olduğunu öyrənib arxa durardı.

"5/5”proqramında Zaur Kamalın onunla olan səmimi söhbəti bir yazar olaraq məni çox sevindirdi. Çünki Arif Quliyevin qəlbiniduymaq, ruhunun pıçıltısını eşitmək hər aparıcının işi deyil. Bunu yalnız vəyalnız o insanları başa düşən, içini və qəlbini görməyi bacaran həssas adamlarduya bilər. Və Zaur Kamal da bunu çox gözəl hiss eləmişdi. Xalq artistinəkostyumun və ayaqqabının bağışlanması ötəri bir sevgi deyil. Söhbət bir filmdəolduğu kimi "sosiskadan” getmir, söhbət "vinimatelnilikdən” gedir. Onsuz da ArifQuliyev də özünə kostyum ala bilər, təzə ayaqqabı almaqda da elə çətinlik çəkməz.Amma aparıcı Zaur Kamalın bu addımı atmağı milyonlarla Arifsevərlərin qəlbinəböyük bir sevgi gətirdi. İstedadlı və yaddan çıxan aktyora belə sevgi onuntamaşaçıları tərəfindən Zaur Kamala böyük bir məhəbbət yaratdı.

Proqram bitən kimi Zaur Kamalın məndə olan əvvəlki nömrəsiniyığdım. Düşündüm ki, o nə mənim özümü, nə də mobil nömrəmi tanıyır. Bəlkə də zəngiməheç cavab vermədi. Ancaq hər şey düşündüyümün əksinə oldu. Bu dəfə də ZaurKamal telefonumu açdı və Arif Quliyevə olan diqqətiylə bağlı öz ürək sözlərimiistedadlı aparıcıya çatdırdım. Dedim ki, mənim zəngimdən Allaha and olsun ki,Arifin xəbəri yoxdu. Mən onunla 50 ildir ki, dostluq eləyirəm. Siz ki, buaddımı və bu böyüklüyü ona qarşı etdiniz, onun özünü, ailəsini və balalarınısevindirdiniz, Allah da sizi sevindirsin. Zaur Kamal da elə birinci dəfədanışdığı kimi çox səmimi dedi ki,gördüm sıxıntısı var, ona görə də bu addımı atdım. Mən də dedim ki, bu addımıatdığınıza görə, Allah sizi qorusun!

Bax, belə! "5/5”proqramına baxandan sonra ürəyimdən keçənləri həm Arif Quliyevə, həm istedadlıaparıcı Zaur Kamala və həm də oxuculara çatdırmaq istədim. Düzdür, həmin vaxt Təbrizəsəfər edirdim. Qayıdan kimi ürəyimi boşaltdım və bir daha sakitləşdim. Sakitləşdimki, nə yaxşı dünyada bax, belə ürək sahibləri var... sakitləşdim ki, nə yaxşıdünyamız bu qədər işıqlı insanların əhatəsindədi... sakitləşdim ki, sevilən vəistedadlı bir aktyorun özünü, ailəsini və balalarını Zaur Kamal bu addımıylasevindirdi...


TƏQVİM / ARXİV