adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
27 Noyabr 2019 13:01
38510
DÜNYA
A- A+

Türkiyə terrordan təmizlənən bölgələrdə ali təhsil imkanı yaradır

Qaziantep Universiteti terrordan təmizlənən bölgələrdə fakültələr açaraq təhsili yarımçıq qalmış suriyalılara ali təhsil almaq imkanı verir. Adalət.az xəbər ki, Qaziantep Universiteti "Fırat Qalxanı” və "Zeytun Budağı” əməliyyatları nəticəsində terrordan təmizlənən Əl-Bab, Aazaz, Afrin və Cerablus şəhərlərində fakültələr açıb.

Afrin Təhsil Fakültəsinin araşdırma mütəxəssisi Xəlil İbrahim İlgi Anadolu Agentliyinin müxbirinə verdiyi açıqlamasında bildirib ki, prezident sərəncamı ilə Cerablusda bir peşə məktəbi, Afrin Təhsil Fakültəsi, Aazazda İlahiyyat Fakültəsi və Əl-Babda İqtisadiyyat və İdarəetmə Fakültəsi açılıb.

O qeyd edib ki, qəbul edilən tələbələr xarici tələbələr üçün universitetlərə qəbul imtahanından (YÖS) keçiblər: "Bu imtahanda 3 min tələbə iştirak edib. Burada 3 proqram var. İbtidai sinif müəllimliyi, psixoloq-konsultant və türk dili bölümləri. Hər proqramdan 40 tələbəmiz var.”

X.İ.İlgi müharibə şəraitində həyatın normal vəziyyətə qayıtmasının ən böyük göstəricilərindən biri olaraq ali təhsilə başlanılmasını vurğulayıb.

Daha öncə Hələb Universitetinin tələbəsi olan afrinli Raman Cəfər təhsil məsələlərində problemlər yaşayan afrinli tələbələrə dəstək verdiyi üçün Qaziantep Universitetinin rəhbərliyinə təşəkkür edərək, Afrindəki bir çox tələbə gələcəyini itirməmək üçün bu addımı səbirsizliklə gözlədiyini deyib.

Şərqi Qutadan köçdükdən sonra Afrində sığınacaq tapan Gada Şaminin sözlərinə görə, Dəməşqdəki Dimaşk Universitetinin 3-cü kurs tələbəsi ikən mühasirə və məcburi köç səbəbi ilə universiteti bitirə bilməyib. Suriyada beynəlxalq səviyyədə tanınan diplom verən universitet tapa bilmədiyini qeyd edən Şami, Qaziantep Universitetinin açılması çox gözəl bir fürsət olduğunu vurğulayıb. O, hazırda ibtidai sinif müəllimliyi üzrə təhsil aldığını qeyd edib.