adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
27 Noyabr 2019 12:33
69070
SAĞLAMLIQ
A- A+

Həkim məsləhəti: ”Xaş yaxud Kəllə paça...”

Havalar getdikcə soyuyur, qarşıdan isə qarlı qış gəlir.Soyuğu, sazağı, şaxtası ilə birlikdə bəzi xəstəlikləridə bərabəridə gətirir. Hələ lap keçmiş zamanlardan bu günə qədər analarımız,nənələrimiz xəstəliklərdən qorunmaq yollarından biri kimi milli mətbəximizə məxsus olan yeməkləri tez-tez tükətməyi məsləhət biliblər. Xəstəliklərlə mübarizə üçün mükəmməl çarə olan, məsələn: umac, lobyalı (maş) əriştə, xəngəl, xaşıl, xaş və sair yeməklərin adını cəkə bilərik.Bu günki söhbətimizdə isə xaş yeməyindən və onun faydalarından danışacağıq.

Xaş nəinki Azərbaycanda, eləcədə, Orta Şərq və Cənubi Qafqazda sevilən yeməklərindən biridir. Kəllə paçaadı ilə Iran,Bosniya və Herseqovinavə Türkiyədəməşhurdu . Xaş malın (dana) imkan daxilində qabaq ayaqlarından (dırnaqlarından) hazırlanır. Çox vaxt xaşa qarın nahiyyəsinin hissələri əlavə olunur. Sirkə-sarımsaq və yaabqorailə yeyilir. Xaş yeməyi zamanılavaş,təndir çörəyindənvə müxtəlif növlü turşu (tutmalardan) da istifadə olunur.

Terapevt-həkim Lətifə Mikayılova ilə söhbətimizdə, o bildirdi ki, xaş orqanizmə güc verir, onu möhkəmləndirir, zəifliyi aradan qaldırır.:”Xaşın sağlamlıq üçün inanılmaz faydalarından biri tərkibində B qrupu vitaminləri, qlisin və polidoymamış yağlı turşular olmasıdır. Bu maddələr beyinin sağlamlığını və normal fəaliyyəti üçün olduqca vacibdir. Həmcinin bu dadlı yeməyin tərkibində olan qlisin aminturşusu stresi və gərginliyi azaldır, sakitləşdirir, yuxunu tənzimləyir. Eyni zamanda B qrupu vitaminləri ilə zəngin olan xaşın qanazlığından əziyyət çəkənlərə də faydası daha böyükdü”.

Həkim –terapevt xaşın tərkibində olan kollagendən də danışaraq söylədiki, dərini, birləşdirici toxumaları, bağ və oynaqları sağlam və cavan edən, saçların sağlamlığın və uzanmasını sürətləndirən. bu möcüzəvi təam oynaq problemləri, osteoxondroz kimi pozulmaları olan insanlarada xeyirlidi. Xaş oynaqların və fəqərə arası diklərin dağılmasını ləngidir. Yeməyin tərkibindəki lizin aminturşusu kalsiumun mənimsənilməsini yaxşılaşdırır, immuniteti möhkəmləndirir, damarları genişləndirir”.

Lətifə həkimdən yeməyin zərərli tərəfini soruşduqda isə o:” Xaşda doymuş yağlar və kalori miqdarı çodur. Bu da qan damarlarında dövriyyəni çətinləşdirir və kirəcləşib damarlarda qalır. Buna görə də çəki problemi olan şəxslərə tez-tez istehlak etməyi məsləhət görülmür. İstehlak edildikdə isə gün ərzində hərəkətdə olmaqları tövsiyyə edilir. Eyni zamanda xolestrol baxımından da zəngin olan qida, xolestrolu yüksək olan şəxslərə məsləhət görülmür. Həddindən artıq istehlak edildiyində ürək piylənməsinə səbəb olur”deyə vurğuladı.

Əziz oxucular, terapevt-həkim Lətifə Mikayılovanın tövsiyyə və xəbərdarlığını unutmadan Azərbaycan milli mətbəxinin ən dadlı qış təamlarından biri olan xaş yeməyə tələsin!

Əntiqə Rəşid