adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Noyabr 2019 12:06
18149
MƏMLƏKƏT
A- A+

Bibiheybətdə uçqunun fəsadları aradan qaldırılır

Bibiheybət məscidi yaxınlığında baş vermiş uçqunun fəsadlarının aradan qaldırılmasına başlanılıb.

Adalet.az xəbər verir ki,bunuAzvision.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, uçqun nəticəsində sürüşən kütlə ərazidən götürülür: "Asfalt qaşınır, sürüşən kütlə böyük yük maşınları ilə daşınır”.

Qeyd edək ki, son günlər aramsız yağan yağışlar nəticəsində Bibiheybət məscidindən şəhər istiqamətində gedən magistral yolda uçqun tipli çökmə prosesi baş verib. Sürüşmə 300 metrdən artıq ərazini əhatə edb. Hadisə nəticəsində küçədə hərəkətsiz vəziyyətdə olan "Mercedes" markalı avtomobil torpaq qatının altında qalıb.