adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Noyabr 2019 10:56
16638
MƏMLƏKƏT
A- A+

Bakıda daha bir evin ikinci mərtəbəsi çökdü - FOTO

Bakıda daha bir ev çöküb.

Trend-in məlumatına görə, hadisə Yasamal rayonu, Əli bəy Hüseynzadə küçəsi, ev 10 ünvanında qeydə alınıb. İkimərtəbəli evin mətbəxinin uçması nəticəsində daşlar həyətyanı sahəyə tökülüb.

Sakinin bildirdiyinə görə, ev əvvəllər də qəzalı vəziyyətdə olub, aramsız yağan yağışlardan sonra bu hadisə baş verib. Qəza ilə bağlı lazımi qurumlara müraciət edilib.