adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Noyabr 2019 10:11
28896
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: İSTƏYİRSƏNSƏ, YAŞAYIM ...

Sən mənə
bir damla
ümid
bağışla -
yaşayım...

Ümidin
şehi kimi ,
kirpikdən
qopan
gilə yağışla -
yaşayım...

məniim,
adımı adıyla
bir ömrün dadıyla
həyatın -
hər qatıyla
və sevdiyim
qadınla
naxışla, yaşayım...

mənə -
Sən qapı açdın
Məcnundan qalan dinə!
Allahım,
dözüm
və bir də
şirin bir zülüm
ver mənə!
Ömür boyu Sənə -
alqışla, yaşayım!