adalet.az header logo
  • Bakı 20°C
26 Noyabr 2019 18:00
18552
GÜNDƏM
A- A+

3-4 ay sonra Azərbaycan müharibəyə başlayacaq - Qriqoryan

Aprel müharibəsinin başlamasından bir neçə gün əvvəl Azərbaycan hərbçiləri Talış kəndi ərazisinə gizli şəkildə keçərək, meşədə gizləniblər və döyüş fəaliyyətləri başlayan kimi arxadan hücuma keçiblər.

Adalet.az Axar.az-a istinadən xəbər verir ki, bunu "168 Jam”a müsahibəsində Qarabağ Müharibəsi Veteranlar İttifaqının sədri Qriqor Qriqoryan deyib. O, 2018-ci il ərzində Azərbaycan ordusunun Naxçıvan istiqamətində minlərlə hektar ərazini tutduğunu bildirib. Qriqoryan bu ərazilərin döyüşsüz ələ keçdiyini deyib. Erməni polkovnik Azərbaycanın hazırda döyüş fəaliyyətinə hazırlaşdığını söyləyib:

"Məncə, yaxın 3-4 ay ərzində Azərbaycan tərəfi fəaliyyətə başlaya bilər. Əsas hərbi fəaliyyət istiqaməti Naxçıvan olacaq. Mən iki şey demək istəyirəm. Birincisi, Rusiya tərəfindən Naxçıvanın müharibəyə cəlbi üçün provokasiyalara yol veriləcək ki, daha sonra onu Şimal-Cənub yolunun keçməsi və dəmiryolunun işləməsi üçün "azad edəcək”. İkinci variant kimi isə Türkiyənin Ermənistanda qoşunlarını yerləşdirmək cəhdi nəzərdə tutulur. Rusiyanın bu gün Gümrüdə hərbi bazanı yeniləməsi cəhdləri təsadüfi deyil. Bəzi axmaq insanlar bunun gərəksiz olduğunu deyirlər. Əgər Rusiya hərbçilər Ermənistandan çıxarılsa, Türkiyə ordusu iki saat sonra İrəvanın mərkəzində olacaq”.