adalet.az header logo
  • Bakı 19°C
26 Noyabr 2019 17:18
15876
GÜNDƏM
A- A+

TAP yaxın aylarda bütünlüklə qazla doldurulacaq

Trans-Adriatik boru kəmərinin (TAP) bütün hissələri yaxın həftələrdə və aylarda qazla doldurulacaq.

Adalet.az-ın məlumatına görə, bunu TAP konsorsiumunun idarəedici direktoru Luka Skyeppati boru kəmərinin Yunanıstan hissəsinin qazla doldurulması münasibəti ilə deyib.

O bildirib ki, növbəti aylar TAP boru kəmərinin istifadəyə verilməsinin təminatı və onun 2020-ci ilin oktyabrınadək sınaqdan keçirilməsi baxımından vacib əhəmiyyət daşıyacaq:

"Yunanıstanda iki kilometrlik sahənin doldurulmasından sonra mərhələli şəkildə yaxın həftələrdə və aylarda Yunanıstan ərazisindəki digər sahələrə, eləcə də Albaniya və İtaliyadakı sahələrə qaz daxil ediləcək”.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.