adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Noyabr 2019 16:59
40068
DÜNYA
A- A+

İranda bir həftədə 15 nəfər qripdən ölüb

Ötən həftə ərzində İranda 15 nəfər qrip nəticəsində dünyasını dəyişib.

Adalet.az-ın məlumatına görə, bunu İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi deyib.

Ə.Rəisinin sözlərinə görə, 8 nəfər H1N1 virusu, 7 nəfər isə H3N2 virusu nəticəsində həlak olub.

Qeyd edək ki, son bir neçə həftədə 3 915 nəfər tənəffüs sistemi xəstəliklərinə yoluxub. Onun 342-sinin qripə yoluxduğu bildirilir.

Qrip nəticəsində ən çox ölüm halları Tehran, Mazandaran və Şərqi Azərbaycan vilayətlərində qeydə alınıb.