adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Noyabr 2019 16:01
21416
GÜNDƏM
A- A+

Səfər Mehdiyev: “Büdcəyə əlavə 666 milyon manat ödənilib”

"Dövlət Gömrük Komitəsi bu il üçün nəzərdə tutulan plan-proqnozu noyabrın 5-də tamamlayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ildə dövlət büdcəsinə əlavə olaraq 666 milyon manat vəsait ödənilib".

Adalet.az Azvision.az-a istinadən xəbər verir ki, bunuDövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Komitə sədri bildirib ki, bu il ərzində idxal 23 faiz, ixrac isə 5 faiz artıb: "Cari ildə ixrac-idxal proseslərində aprel ayında artım, avqustda azalma müşahidə olunub".