adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
26 Noyabr 2019 15:38
40359
DÜNYA
A- A+

Türkiyə Daxili İşlər Nazirliyi: YPG/PKK terror təşkilatını tərk edənlərin sayı günü-gündən artır

Sülh Çeşməsi” əməliyyatından sonra YPG/PKK terror təşkilatını tərk edənlərin sayı günü-gündən artır. Dünən Suriyanın Ayn əl-Ərəb bölgəsindən Şanlıurfaya gələn iki PKK/YPG terrorçusu silah və ratsiyaları ile Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub.

Adalet.az xəbər verir ki, bu haqda Türkiyə Daxili İşlər Nazirliyi yazılı bəyanatda bildirib.

Bəyanatda qeyd eolunur ki, ölkə daxilində və xaricində terrora qarşı həyata keçirilen hərbi əməliyyatlar nəticəsində separatçı PKK/PYD terror təşkilatında parçalanma süretlenir, təşkilatdan qaçanların və təslim olanların sayı artır: "2019-cu ilin noyabr ayının 25-də Suriyanın Ayn əl-Ərəb bölgəsindən iki terrorçu Daxili İşlər Nazirliyi organlarından Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin səyləri nəticəsində M-16 silahları və ratsiyaları ilə Suriyadan qaçaraq Şanlıurfadakı sərhəd məntəqəsində təhlükəsizlik qüvvələrinə təslim olub.”

Qeyd edək ki, YPG/PKK öz sıralarında Türkiyə Silahlı Qüvvələrinə qarşı döyüşməkdən imtina edən onlarla insanı qətlə yetirib.