adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Noyabr 2019 13:42
32468
ŞOU-BİZNES
A- A+

Nazənin də Türkiyədən ev aldı

Müğənni Nazənin Türkiyəev alan müğənnilərin sırasına daxil olub.

Adalet.az xəbər verir ki, bu haqda prodüser-aparıcı Tarix Əliyev (Tolik) "Hər şey daxil" verilişində deyib. O bildirib ki, ifaçı bu yaxınlarda İstanbula gedib və ailəsi ilə birlikdə öz evində dincəlib.

Nazənin isə bu haqda danışmaqdan imtina edib. O, artıq 3 ildir İstanbulda evə sahib olduğunu söyləyib.

Qeyd edək ki, bir çox tanınmışlar xaricdə mənzil alıblar.

Türkiyənin ayrı-ayrı şəhərlərində evi olan tanınmışlarımızın siyahısını təqdim edirik:

Müğənni Zamiq Hüseynov bir neçə il bundan əvvəl İstanbulda mənzil alıb.

Əməkdar artist Röya Ayxan da İstanbuldan ev alıb.

Əməkdar artist Tünzalə Ağayeva Bodrumda ev alıb.

Samir Piriyevin də Bodrumda evi var. Müğənni hətta orada restoran da açıb.

Xalq artisti Səməd Səmədov Bodrumda ev alan məşhurlardandır. O, hər yay ailəsi ilə bərabər orada istirahət edir.

Müğənni Natavan Həbibi də İstanbulda evi olanlardandır.

Müğənni Elvin Abdullayev Ankarada ev alıb.

Müğənni Elariz Məmmədoğlu bir neçə il əvvəl İstanbulda ev alıb.

İstanbulda ev alan müğənni Ayan Babakişiyeva isə həm də ora yaşamağa köçüb.

Müğənni Nadir Qafarzadə İstanbulda evi olanlar siyahısındadır. İfaçı bu mənzilinə 300 min manat xərclədiyini bildirib.

Xalq artisti Brilliant Dadaşova da illər əvvəl İstanbulda ev alıb.


Əntiqə Rəşid