adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
29 Noyabr 2019 09:24
58189
İDMAN
A- A+

DEYƏSƏN, BİZİMKİLƏR QIRILIB QURTARIB

Seyran Səxavət Qədir Rüstəmovla atüstü söhbəti zamanı soruşmuşdu ki, uşaqlara yəqin arvad qohumlarının adını qoymusan. Qədir də qayıtmışdı ki: «Niyə, bizimkilər qırılıb qurtarıb ki?»

İndi Yurçeviç milli komandamızı ağ günə çıxardandan sonra Xorvatiyadan bir məşqçi də eşələyib tapıb gətirib qoyduq «Sabah» komandasına: Jelko Sopiç. Gürcü məşqçilərdən fərqli olaraq, yaxşı ki, özü ilə bir «Kamaz» xorvat gətirməyib. Elə Marko Lozo adlı bir xorvat köməkçi gətirib.