adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Noyabr 2019 09:16
23566
GÜNDƏM
A- A+

ŞUŞAYA GEDƏNLƏR HƏLƏ Kİ ERMƏNİLƏRİN YAZDIQLARINI PA YLAŞIRLAR

«Sülh platforması»ndan sonra Ermənistan jurnalistlərinin Azərbaycana səfəri xalqlarımızın dostluq və qardaşlıq yolunda atdığı ikinci addımdır. Yəqin sonra «Ararat»la «Neftçi»nin yoldaşlıq və qardaşlıq görüşləri olacaq, sonra da Dünya çempionatında Azərbaycanla Ermənistanı bir qrupa salacaqlar, necə ki Türkiyə ilə Ermənistanı saldılar. Beləcə də yavaş-yavaş dostlaşıb qardaşlaşacağıq.

Məsələ onda deyil. Deməli, erməni jurnalistlər burdan gedən kimi sarılıblar qələmə, qazaxlılar demiş, yazerlər.

Bizim Ermənistana gedən jurnalistlərimiz isə hələ ki, yalnız ermənilərin yazdıqlarını paylaşırlar. Sağ olsunlar, bir də iki-üç dənə öz şəkillərini paylaşıblar.