adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Noyabr 2019 09:00
29115
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: SÖZLƏ ÇƏKİLƏN ŞƏKİL

Həmsöhbətim,
dinləyənim
gözlərimə baxa- baxa
susanım -
dörd divar,
bir də
kirpikdən
ayrılmaq istəməyən yaş...

Adamlarla
danışmağı,
görüşməyi,
fikirləri bölüşməyi
hətta bunu
düşünməyi -
unutdurur
və unudur
Sənin olan ürəyim
yavaş, yavaş...

Öldürülən
günlərə...
söndürülən
içimə -
halsız durumla,
solğun baxışla
baxıb...
inandığı dinlərə
and verir
səni ruhum :
- Demə,
nə də incimə...
Belə olmayaydı kaş...